Xəbər lenti
Sərdar Cəlaloğlu: “Şəxsi intriqalar birliyə mane olur”
"Müxalifətin inteqrasiyasına, güclərin bir araya gəlməsinə ehtiyac var. Müxalifətin bir araya gəlməsi zamanın tələbidir. Təəssüflər olsun ki, Azərbaycanda siyasi partiya liderlərinin tam siyasiləşməməsi, şəxsi intriqalar buna imkan vermir”. Bunu Teleqraf.com-a ADP sədri Sərdar Cəlaloğlu deyib.
Müsahibimiz bildirib ki, əslində hər bir siyasi təşkilatın və ya liderin şəxsi marağının, iddiasının olması normaldır: “Şəxsi maraq olmalıdır. Siyasət maraqları uzlaşdırma sənətidir. Demokratiyada xalqın maraqları içərisində öz marağını təmin etmək mümkündür. Azərbaycan müxalifətində bəzi liderlər demokratiya yolunda olsalar da, qrup və fərdi maraqlarını milli maraqlardan kənarda təmin etməyə cəhd göstərdiyi üçün bu cür uğursuzluq yaranır”.
Sərdar Cəlaloğlu deyib ki. Artıq onlar inteqrasiya prosesində ilk addımlarını atıblar: “Dünən Vətəndaş və İnkişaf Partiyası ilə daha sıx əməkdaşlıq haqda məsələ müzakirə etmişik. Ümid edirəm ki, Vətəndaş və İnkişaf Partiyası buna müsbət cavab verəcək. Biz faktiki olaraq blok yaratmaq üşün işlər aparırıq. Başqa qüvvələrlə də danışıqlar aparırıq ki, bura qoşulsun. Biz bunu edirik, intəhası kim bura qoşulmayacaqsa özü bilər”.
ADP sədri deyib ki, şəxsən onun özü Müsavat Partiyası ilə əməkdaşlığa üstünlük verir: “Təəssüflər olsun ki, Müsavatın belə bir əməkdaşlığa meyli yoxdur. Bəzi rossional siyasi yönlü qruplarda var. Ancaq hələlik ortalıqda konkret nəticə olmadığı üçün ad çəkmək istəmirəm”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar