Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya prezidentliyinə namizəd Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışdı

Tarix: 07-03-2018 20:29     Baxış: 2565 A- / A+
 Rusiya prezidentliyinə namizəd Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışdı

"Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilməlidir. Bu münaqişənin başqa həll variantı yoxdur".

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya prezidentliyinə Kommunist Partiyasından olan namizəd Pavel Qrudinin deyib.

"Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu necə görürsüz" sualına cavab olaraq P. Qrudinin Rusiyanın hazırda Qafqaz regionunda stabilləşdirici rol oynadığını bildirib: "Rusiyanın bu regionda müəyyən yükü var. Mən bu münaqişə ilə tanışam. Fikrimcə, Ermənistan və Azərbaycan arasında münaqişə ancaq danışıqlar yolu ilə həll edilməlidir. Bu məsələni danışıqlar masasına oturub, həll etmək lazımdır.

Mənim həm azərbaycanlılara, həm də ermənilərə münasibətim müsbətdir. Dostlarım arasında həm azərbaycanlılar, həm də ermənilər var. Rusiyada yaşayan azərbaycanlılar və ermənilər arasında da heç bir problem olmur. Məncə, müharibə heç kəsə lazım deyil".

P. Qrudinin prezident seçkilərində qalib gələcəyi təqdirdə, bu problemin həllinə danışıqlar yolu ilə kömək edəcəyini söyləyib: "Hesab edirəm ki, Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllində qarşılıqlı sərfəli həll yolunu tapacaq".apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar