Xəbər lenti
Əli Kərimli Müsavat arasında mitinq qalmaqalı: tərəflər arasında...
Müsavat Partiyası ilə AXCP arasında birgə mitinq müzakirələrinin ilk raundunda tərəflər arasında qalmaqal baş verib.
Manevr.az xəbər verir ki, bu haqda məlumatı "yeni müsavat” yayıb. Xəbərdə bildirilir ki, müzakirələrin ilk anındaca iki qurum arasında narazılıqlar baş qaldırıb. Qəzet yazır: "Narazılığa səbəb isə Əli Kərimlinin növbəti dəfə birliyə qarşı fəaliyyətinin olduğu deyilir. Belə ki, müzakirələr başlayar-başlamaz məlum olub ki, AXCP sədri hələ günlər öncə Bakı Şəhər İcra Hakimiyyətinə martın 4-də aksiya keçirmək üçün müraciət ünvanlayıb. BŞİH isə Milli Şuranın aksiyasına martın 3-nə icazə verib. AXCP sədrinin gizli mitinq hazırlığı isə martın 1-də üzə çıxıb. Müsavat nümayəndələri ilə birlikdə Milli Şura üzvləri BŞİH-ə müraciət edərkən bilinib ki, Ə.Kərimli tamam başqa tarixdə, başqa ünvanda mitinq etmək üçün müraciət edibmiş. Mənbə bildirir ki, bu, Müsavat Partiyasının ciddi narazılığına səbəb olub”.
Qəzet yazıb ki, Müsavat və Milli Şuranın birgə mitinq keçirmələri artıq sual altına düşüb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar