Xəbər lenti
Heç kəsdə olmayan nüvə raketimiz hazırdır - Putindən şok

Rusiyada energetik nüvə qurğusu olan yeni qanadlı raket yaradılıb və sınağı keçirilib.
Bunu Rusiya Prezidenti Vladimir Putin söyləyib. Onun sözlərinə görə, yeni raket məhdudiyyətsiz fəaliyyət radiusu və qeyri-müəyyən uçuş trayektoriyasına sahibdir:
“İndi heç kimdə belə silah yoxdur. Yeni raketimiz silahlanmaya qəbul ediləndə bizim uşaqlar yenisini düşünəcəklər”.
O, yeni raketə ad verilmədiyini bildirib. Onun sözlərinə görə, Rusiya həmçinin “Sarmat” raketlərinin də aktiv sınağına başlayıb:
“Sarmat” raket kompleksinin aktiv sınaqları başlayıb. Onun çəkisi 200 ton olacaq. Yeni raket nüvə döyüş başlıqları və hipersonik başlıqlarla təchiz edilə biləcək. Rusiya yeni ABŞ hava hücumundan müdafiə sisteminin genişləndirilməsinə cavab olaraq yeni silah sistemləri yaradır. Moskva uzun müddət ərzində ABŞ-ı hava hücumundan müdafiə haqqında razılaşmanı pozmamağa razı salmağa çalışıb”.
Qeyd edək ki, “Sarmat” raketi Qərbdə “Satana” adlandırılır. “Sarmat” qitələrarası ballistik raketdir və 12.000 kilometrdən uzaq məsafədə yerləşən hədəfləri məhv edə bilir.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar