Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azay Quliyev erməni deputatın CAVABINI VERDİ

Tarix: 22-02-2018 20:59     Baxış: 3435 A- / A+
Azay Quliyev erməni deputatın CAVABINI VERDİ


ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyasının daimi komitəsinin iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri Hermine Nağdalyan ənənəvi olaraq Azərbaycana qarşı iftiralar səsləndirib.

Manevr.az xəbər verir ki, o, Cənubi Qafqazda həyata keçirilən infrastruktur layihələrində Ermənistanın düşünülmüş şəkildə təcrid edilməsini qeyri-qanuni addım kimi dəyərləndirib. Erməni deputat beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini öz fəaliyyətinin əsas prinsiplərindən biri elan edən ATƏT PA-nı regional layihələrdən kənarda qalan Ermənistana qarşı bu cür "haqsız” mövqeyə münasibət bildirməyə çağırıb.

ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev çıxışında erməni deputatın söylədiyi məqamlara aydınlıq gətirib. O qeyd edib ki, ATƏT PA kimi nüfuzlu beynəlxalq platformada "Dağlıq Qarabağ respublikası” və ya "Dağlıq Qarabağ respublikasının parlamenti” kimi ifadələrin səsləndirilməsi qeyri-ciddiyyətdən xəbər verir. Heç bir beynəlxalq təşkilat belə bir qurumu tanımır və bütün bunlar ictimai fikri çaşdırmağa xidmət edən cəhdlərdən başqa bir şey deyil.

Azay Quliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmalı olduqlarını dəfələrlə vurğulayıb. Deputat deyib: "Mənim öz ailəm Ermənistandan - əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olan Zəngəzur mahalından didərgin salınıb. Həmin torpaqlar 1923-cü ildə sovet hakimiyyəti tərəfindən Azərbaycandan alınaraq Ermənistan ərazilərinə birləşdirilib”.

Daha sonra vitse-prezident bildirib ki, bu gün beynəlxalq nəqliyyat və infrastruktur dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan dəfələrlə Ermənistanın bu təşəbbüslərə qoşulmasına çalışıb, lakin bunun baş tutmamasında günah Azərbaycanın deyil, onilliklərdən bəri Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın üzərinə düşür. Azərbaycan torpaqlarını işğal edən Ermənistan beynəlxalq layihələrdən təcrid olunmasından şikayətlənir. Bu şikayətin özünün məntiqi əsası yoxdur: "Mən erməni həmkarlarımı səmimi olmağa çağırıram. Aydındır ki, siz Yerevanda aldığınız təlimatları icra etmək üçün burada iştirak edirsiniz. Lakin sizi sessiyadakı işgüzar atmosferi pozmamağa çağırıram”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar