Xəbər lenti
Hansı səbəbdən 4 aydır bu post boş qalıb?
2017-ci ilin sonunda Kreml rəhbərinin sərəncamı ilə Vladimir Doroxin Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib. Ancaq bu günədək ölkəmizə yeni səfir təyin olunmayıb.
Maraqlıdır, bu posta yeni təyinatın bu qədər gecikməsi nə ilə əlaqədar ola bilər? Ümumiyyətlə prezident seçkilərinə qədər Rusiyanın Azərbaycana yeni səfir təyinatı mümkündürmü?
Məsələ ilə bağlı Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu aydınlıq gətirib.
E.Şahinoğlu bildirib ki, sanki Rusiya da hələ yeni səfirin təyin olunmasında maraqlı deyil:
“Əslində bu sual gündəmdə aktuallığını qoruyub saxlayır. Nə zaman Azərbaycana səfir təyin ediləcək? Səfiri təqdim etmək istədilər, amma bəlli oldu ki, bu səfirin separatçılarla bağlılığı var. Belə bir şəxsin Azərbaycanda Rusiyanın səfiri kimi çalışmasına izin verə bilməzdik. Amma, bundan sonra təyinat gecikdi. Sanki Rusiya özü də səfiri təyin etmək istəmir”.
Politoloq prezident seçkilərinə qədər Rusiyanın yeni səfir təyin edəcəyinə inanmadığını deyib: “Biz də çox həssas bir məqama daxil olmuşuq: həm Rusiyada, həm də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Düşünmürəm ki, prezident seçkilərinə qədər səfir təyinatı baş versin. Heç Azərbaycanı da bu, ciddi narahat etməməlidir”.
E.Şahinoğlu yeni təyinatın seçkilərdən sonraya saxlanılacağını düşündüyünü əlavə edib: “Bizim Rusiyanın Azərbaycandakı səfirindən əsas istəyimiz odur ki, birincisi Azərbaycanın daxili işlərinə qarışmasın, ikinci də keçmiş fəaliyyətində separatçılarla əlaqəsi olmasın. Bu iki şərtə cavab verən istənilən diplomatı Azərbaycan təsdiq etməyə hazırdır. Ona görə düşünürəm ki, bu məsələ seçkidən sonraya qaldı. Amma Rusiya Xarici İşlər nazirliyində də sanki belə bir təxribata meyillilik var. Bilə-bilə ki, Azərbaycanın iyirmi faiz torpaqları işğal altındadı, nədən bizə separatçılığı dəstəkləyən bir adamı səfir kimi göndərirlər. Burda sanki bilərəkdən münasibətləri gərginləşdirmək istəyirlər və Azərbaycan da buna rədd cavabını verib. Növbəti səfir kim olacaqsa, yenə qeyd edirəm, separatçılığa dəstəkdən uzaq adam olmalıdır”moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar