Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

İrəvanın Bakıya qarşı şok planı

Tarix: 21-02-2018 13:58     Baxış: 3413 A- / A+
İrəvanın Bakıya qarşı şok planı

İşğalçı Ermənistanda 2016-cı il dördgünlük aprel müharibəsində aldığı zərbələri uzun müddət yaddan çıxmayacaq. Siyasətşünaslıq elmləri doktoru Levon Şirinyanın Ermənistan mediasına dedikləri də bunu sübut edir.

Erməni ekspert Azərbaycanın növbəti hücumunu gözləməyin lazım olmadığını, Ermənistanın özünün hücum etməli olduğunu bildirib.

Levon Şirinyanın sözlərinə görə, aprel müharibəsində itirilən Lələ Təpə rəqib üçün rahat mövqe ola bilər və onu qaytarmaq lazımdır.

"Ermənistan bu gündən preventiv müharibə siyasətinə tərəfdar olmağa başlamalıdır. Əgər biz aprel müharibəsinə qədər bu siyasətə tərəfdar olsaydıq, bizdə belə itkilər olmayacaqdı, bir gün əvvəl erməni artilleriyası işləsəydi və düşmən texnikası hələ ilk mövqelərdə məhv edilmiş olsaydı, bizdə qurbanlar olmazdı", - erməni ekspert iddia edib.

Şirinyan sərsəmləyərək təklif edib ki, Azərbaycan "dağıdılmalıdır":

"Bizdə belə resurslar varmı? Deyirlər ki, xeyr. Amma daha 25 il belə otursanız, bu resurslar olmayacaq. Bu resursları hazırlamaq, təhlükəli hərəkətlərə çox tez-tez qaçmaq lazımdır. Bizim geri çəkilmək şansımız yoxdur".

Genişmiqyaslı müharibəni mümkün hesab edən politoloqun sözlərinə görə, ABŞ Milli Kəşfiyyat İdarəsinin hesabatında qeyd olunan ssenarinin reallaşması tamamilə ehtimal ediləndir.

"Müharibə qaçılmazdır. Azərbaycan niyə çox silah alır? Bu, müharibəyə hazırlıqdır – başqa bir şey deyil", - Şirinyan qeyd edib.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar