Xəbər lenti
"Bəşər Əsəd Moskvanın marionetkasıdır"

Bəşər Əsəd Moskvanın marionetkasıdır, bunun bariz nümunəsini Rusiya prezidenti Vladimir Putinin Suriyaya səfəri zamanı da müşahidə etdik.
Birincisi, Putinin təyyarəsi Dəməşqə yox, Rusiyanın hərbi bazasına endi və Suriya prezidenti Bəşər Əsədi həmin bazaya gəlib onu qarşılamağa məcbur oldu. İkincisi, Putin mikrafona yaxınlaşıb həbrçilərini salamlayarkən rusiyalı adi zabit Suriya prezidentinin qolundan tutaraq Putindən aralı dayanmağı əmr etdi. Bunları nəyə görə xatırlayıram?
Fikrimcə, Afrində kürdləri Bəşər Əsədə bağlı güclərlə əvəz edilməsi ideyası Suriya rejiminə deyil, Moskvadakı dərin dövlətə aiddir. Kreml bununla Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın nəbzini yoxlamaq istəyirdi. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavro bugünkü açıqlamasında dedi ki, Afrin məsələsində Ankara ilə Dəməşq razılığıa gəlməlidirlər (?!). Ərdoğan qorxmadı, “Afrində Bəşər Əsədin qüvvələri olsa belə şəhərə daxil olacağıq” deməsi Kremli Əsədə “stop” əmri verməsiylə nəticələndi. Afrinə daxil olmaq istəyin Əsəd gücləri Türkiyə ordusunun ilk xəbərdarlıq atəşindən sonra geri çəkildi. Türkiyə bu bölgəyə uzun müddətə gəlib...
Elxan Şahinoğlu,
“Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar