Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Sərkisyandan Türkiyəyə yeni sənəd - Təklifi

Tarix: 18-02-2018 04:25     Baxış: 3458 A- / A+
Sərkisyandan Türkiyəyə yeni sənəd - Təklifi

Türkiyə Ermənistanla sərhədləri bağlı saxlamaqda davam edir.

Bunu Ermənistan prezidenti Serj Sərkisyan Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

"Burada zaman sanki dayanıb. Əminliklə deyə bilərəm ki, Ermənistan bu vəziyyəti aradan qaldırmaq üçün əlindən gələni edib. Mənim təşəbbüsümlə başlayan Ermənistan və Türkiyə münasibətlərinin normallaşması prosesi həm ölkələrimiz, həm də region üçün yeni imkanlar yarada bilər", - deyə o bildirib.

Sərkisyanın sözlərinə görə, bununla belə, münasibətlərin normallaşdırılmasına dair Ermənistan-Türkiyə protokolları kağız üzərində qalıb:

"Türkiyə bu protokolları ratifikasiya etməməklə yanaşı, həm də protokollarla heç bir əlaqəsi olmayan ön şərtlər irəli sürdü. Bu, tarixi fürsəti qaçırmaqdan başqa bir şey deyil".

"Türkiyənin Ermənistanla münasibətlər qurmasına Azərbaycanmı mane olur? Xeyr. Biz daim Türkiyənin cavab addımlarını gözləyə bilmərik", - deyə o qeyd edib.

"Əgər Türkiyə yeni şərtlər gözləyirsə və yalnız ondan sonra protokolları ratifikasiya etmək istəyirsə, yanılır. Yeni şərtlər üzrə danışıqlar artıq yeni bir sənəd üzərində aparılmalıdır", - deyə Sərkisyan əlavə edib.teleqraf.com
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar