Xəbər lenti
AZƏRBAYCAN HƏR AN HÜCUMA KEÇƏ BİLƏR! - Erməni general

Ermənistan Müdafiə Nazirliyi Baş Qərargahının sabiq rəisi(1992-1995), ermənilərin işğalçı müharibələrinin “qəhrəmanı” hesab etdiyi general-leytenant Norat Ter-Qrigoryants ABŞ Milli kəşfiyyatının son hesabatı ilə bağlı açıqlama verib.
Bu haqda işğalçı ölkənin “168 jam” qəzeti yazıb.
“Əgər Azərbaycan hakimiyyəti artıq nəinki Qarabağın, İrəvanın da onlara aid olduğunu göstərirsə və o, güc toplayır və silahlanırsa, ABŞ kəşfiyyatı olmadan da hər şey aydındır. Bilirsiz ki, divardan tüfəng asılıbsa, o, mütləq atəş açacaq... Azərbaycan o qədər silah, hərbi vasitələr əldə etmişdir ki, hər an hücum edə bilər. O, sadəcə, hakimiyyətdaxili gərginlik olacağı, ölkədə müxtəlif iğtişaşlar baş verəcəyi zaman erməni tərəfinin sayıqlığının zəifləyəcəyi rahat məqamı gözləyir.
Yəni Azərbaycan istənilən an zərbə vurub müharibəyə başlaya bilər. Ona görə də, bizim vəzifəmiz - həmişə ayıq-sayıq olmaq, hərbi təlimlə məşğul olmaq, silahlanmaq, sistemin strukturunu yeniləmək, taktika, müdafiə strukturu, atəş, koordinasiya sistemini yeniləmək, dairə üzrə deyil, spiral üzrə təkmilləşmək və bizim hər iki ölkənin təhlükəsizliyinə çox ciddi yanaşmaqdır”-deyə erməni general bildirib.moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar