Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Prezidentin bu səfəri düşmənə mesaj idi – Millət vəkili

Tarix: 17-02-2018 10:57     Baxış: 3328 A- / A+
Prezidentin bu səfəri düşmənə mesaj idi – Millət vəkili

Millət vəkili Qənirə Paşayevanın qədim Bursanın mərkəzində Azərbaycan küçəsi və Qarabağ parkı təklifi Bursa Böyükşəhər bələdiyyə başqanı tərəfindən dəstəklənib.
Konfrans vermək üçün Bursaya səfər edən deputat bu bölgənin bələdiyyə başqanı Alinur Aktaşla görüşüb.

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, Uludağ Universitetində azərbaycanlı tələbələrin təmsilçisi, universitetin Proje Atolyesinin rəsmisi Solmaz İsmayılovanın da iştirak etdiyi görüşdə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə yaxın zamanlarda Bursanın mərkəzi küçələrindən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyi, orada abidə ucaldılacağı bildirilib.

Alinur Aktaş qardaş bələdiyyələr məsələsi ilə bağlı da addımlar atılacağını vurğulayıb.

Q.Paşayeva Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova isə Bursada təhsil alan azərbaycanlı tələbələr haqqında geniş məlumat verib, həmçinin Bursa ilə əməkdaşlığın genişlənməsi istiqamətində layihələr barədə fikirlərini bölüşüb.

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova da rəhbərlik etdiyi QHT-nin bu istiqamətdə layihələrdə hər zaman fəal rol oynamağa hazır olduğunu bildirib.

Q.Paşayeva Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfərinə də toxunub:

“Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və bu səfər dosta da, düşmənə də çox önəmli məsaj oldu”.

Millət vəkili Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı qədim Bursada böyük tədbirlərin keçirilməsini təklif edib.

A.Aktaş Q.Paşayevanın bu təklifini dəstəkləyib və tədirlərin martdan başlayaraq keçirilə biləcəyini bildirib.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar