Xəbər lenti
Prezidentdən əhalinin sosial müdafiəsi ilə bağlı – Sərəncam
Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Prezidentin mətbuat xidməti xəbər verir ki, sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 15 297 900 manat ayırıb.
Sərəncamda deyilir:
“Əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrinin sosial rifahının yüksəldilməsi, onların cəmiyyətə fəal inteqrasiyası istiqamətində son illərdə mühüm addımlar atılmış, bu qəbildən olan insanların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reabilitasiya, ödənişsiz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunması uğurla həyata keçirilmişdir. Xüsusən bu dövrdə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunmuş, sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə uşaq bərpa mərkəzləri yaradılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bir sıra sosial təyinatlı obyektlərdə (siyahı əlavə olunur) tikinti və əsaslı təmir işlərinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.10.8-ci yarımbəndində göstərilmiş məbləğin 15 297 900 (on beş milyon iki yüz doxsan yeddi min doqquz yüz) manatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".
Tikintisi və əsaslı təmiri işlərinin başa çatdırılması nəzərdə tutulmuş sosial obyektlərin siyahısı:
Sosial obyektlərin adı
Ayrılan vəsaitin məbləği
1. Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin təmiri
3 741 300
2. Nizami rayonunda 12 mərtəbəli 96 mənzilli yaşayış binasının tikintisi
2 942 000
3. Naftalan Əlillərin Regional Bərpa Mərkəzinin bərpası, gücləndirilməsi və əsaslı təmiri
1 307 400
4. Yevlax Əlillərin Regional Bərpa Mərkəzinin bərpası, gücləndirilməsi və əsaslı təmiri
1 159 500
5. Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzinin bərpası, gücləndirilməsi və əsaslı təmiri
1 131 800
6. Bakı Uşaq Bərpa Mərkəzinin əsaslı təmiri
1 629 200
7. Gəncə Şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzinin təmiri və müasir avadanlıqla təchiz edilməsi
110 400
8. Mərdəkan Müalicə Pansionatının əsaslı təmiri
3 276 300
Cəmi: 15 297 900
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar