Sizin Reklam Burada
Xəbər lenti
23-08-2025
22-08-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ Rusiyanı HƏDƏLƏDİ: “Bizdə variantlar var”

Tarix: 06-02-2018 23:04     Baxış: 4477 A- / A+
ABŞ Rusiyanı HƏDƏLƏDİ: “Bizdə variantlar var”


“ABŞ təkid edir ki, Rusiya orta və kiçik mənzilli raketlərin qadağası haqqında müqavilə çərçivəsində öhdəliyi yerinə yetirsin”.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis Konqresin Nümayəndələr Palatasında dinləmələrdə çıxışında deyib.

“Müqavilənin Rusiya tərəfindən pozulması problemi var. İstəyirik ki, Rusiya müqavilənin normalarına riayət etməyə qayıtsın və bu müqavilədən imtina etmək niyyətində olmasını bəyan etsin. Amma Rusiya öz yolu ilə getməyə davam edəcəyi halda, bizim tətbiq edəcəyimiz variantlar var”, - nazir bildirib.

Mettis daha sonra qeyd edib ki, ABŞ orta və kiçik mənzilli raketlərin qadağası haqqında müqavilədən (RSMD) çıxmağa hazırlaşmır.

RSMD müqaviləsi 8 dekabr 1987-ci il SSRİ lideri Mixail Qorbaçovun ABŞ-a səfəri zamanı imzalanıb. Müqavilə tərəflərə 500 kilometrdən 5,5 min kilometrə qədər uçuş məsafəsi olan ballistik raketlərə və qanadlı raketlərə malik olmağı qadağan edir. Rusiya və ABŞ müqavilənin pozulmasında qarşılıqlı şəkildə bir-birini ittiham edir. ABŞ-ın narahatlığı “İskəndər-M” 9K720 raketlərindən başqa “Rubej” RS-26 yeni strateji raketlərlə bağlıdır. Sonuncu orta uzaqlıqlı raket hesab edilir. Sınaqlardan keçirilən “Rubej”in uçuş məsafəsi təxminən 6000 kilometr təşkil edir və bu onu qitələrarası raket hesab etməyə imkan verir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar