Xəbər lenti
Ərdoğan Səməd Seyidova təşəkkür etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Şurası Parlament Assambleyasında “Zeytun budağı” əməliyyatını dəstəkləyən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova təşəkkür edib.
Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında çıxış edən Ərdoğan deyib: “Azərbaycanın millət vəkili Səməd Seyidova AŞ PA-da qətiyyətli davranışına və Türkiyənin terrorçulara qarşı keçirdiyi “Zeytun budağı” əməliyyatına dəstək ifadə etdiyinə görə təşəkkür edirəm”.
Ərdoğan bildirib ki, Türkiyənin Afrindəki əməliyyatı sadəcə terror təşkilatlarına və terrorçulara qarşıdır.
Qeyd edək ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidov Strasburqda keçirilən iclasda Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatından danışıb: “Mən bəzən burada qəribə yanaşmalar görürəm. Hamımız bu gün terrordan əziyyət çəkdiyimizi bilirik. Sadəcə Türkiyə deyil, Hollandiya, Belçika, İngiltərə, Fransa, Azərbaycan... Terror Avropanın sərhədindəki bir “xərçəngdir”. Əgər bir ölkə bu xəstəliyin qarşısını almaq üçün əlindən gələni edirsə, biz bu ölkənin əməliyyatına “istila” və ya “müdaxilə” deyə bilmərik. Türkiyənin həyata keçirdiyi İŞİD və PKK terror təşkilatlarına qarşı mübarizədir: “Bu iki terror təşkilatı insanlıq üçün böyük təhdidlərdir. Türkiyənin dəstəyimizə ehtiyacı var. Terrorla mübarizənin tək yolu budur və Türkiyənin bunu bacaracağına inanıram”. Daha sonra millət vəkili Tvitter hesabında “Yaşasın bir millət, iki dövlət" ifadəsini paylaşıb.metbuat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar