Xəbər lenti
Ermənistanda vətəndaş müharibəsi başlanır
Qabil Hüseynli: “Baş nazir vəzifəsinə Serj Sarkisyanın namizədliyi irəli sürülərsə, Ermənistan qarışacaq, ölkə vətəndaş müharibəsinə sürüklənəcək” Musa Qasımlı: “Bu şəxs baş nazir olarsa, Ermənistanda şərait daha da pisləşəcək, silahlar işə düşəcək".
Ermənistan parlamentinin vitse-spikeri Arpine Ovannisyan baş nazir seçkilərinin aprelin 17-si keçiriləcəyini açıqlayıb. Bu vəzifəyə Serj Sarkisyanın yiyələnmək istədiyi də məlumdur. Amma cəmiyyətdə Serj Sarkisyanın baş nazir vəzifəsini tutmasına qarşı böyük etirazlar var. İddialar səslənir ki, Serj Sarkisyanın namizədliyini irəli sürəcəyi təqdirdə etiraz aksiyaları, hətta vətəndaş müharibəsi başlaya bilər. Bu mümkündürmü?
Politoloq Qabil Hüseynli əminliklə bildirdi ki, Serj Sarkisyanın baş nazir postuna gətirilməsilə Ermənistanı yeni etiraz dalğası, hətta vətəndaş müharibəsi bürüyəcək: “Zənn edirəm ki, Serj Sarkisyanın baş nazirliyə namizədliyinin irəli sürüləcəyi təqdirdə, Ermənistanı növbəti etiraz dalğası bürüyəcək. Bu ehtimal böyükdür.
Sarkisyan onsuz da qan tökməklə hakimiyyətə gəlib. O, ilk dəfə prezident seçiləndə Rusiyanın “Alfa” qrupu da etiraz dalğasını yatırmaq üçün Moskvadan İrəvana gətirilmişdi. Ermənistan əhalisi, xüsusən də yerlilər Qarabağ klanına qarşı barışmaz mövqedədir və onlar Sarkisyanın hakimiyyətdə qalmasını qətiyyən istəmirlər. Bu fonda düşünürəm ki, baş nazir vəzifəsinə Serj Sarkisyanın namizədliyi irəli sürülərsə, bütün Ermənistan qarışacaq. Hətta ölkə vətəndaş müharibəsinə belə sürüklənəcək. Düzdür, Rusiya prosesləri tənzimləməy çalışacaq.
Güman edirəm ki, Moskva Karen Karapetyanın baş nazir olmasında maraqlıdır. Bütün hallarda Sarkisyanın indi də baş nazir qismində hakimiyyətdə qalması Ermənistanı növbəti bir çaxnaşma, qarşıdurma dövrünə salacaq”.
Millət vəkili, professor Musa Qasımlı da bildirdi ki, hazırkı prezidentin Ermənsitanda baş nazir olması ilə bu ölkə daha ağır iştişaşlar, qarşıdurmalar dövrünə qədəm qoyacaq: "Serj Sarkisyanın idarəçiliyi göstərdi ki, erməni xalqı dövlət xadimi yetişdirə bilmir. Onun geniş səlahiyyətlərə malik olmaqla prezident postunda olduğu illər Ermənistanda ümumi böhranının dərinləşməsi, vətəndaş qarşıdurması ilə yadda qaldı. Deməli, bu şəxs baş nazir olarsa, şərait daha da pisləşəcək, silahlar işə düşəcək."movqe.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar