Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
12-06-2026
BÜTÜN XƏBƏRLƏR

General: Erməni ordusunda xəstə əsgərlər xidmət edir

Tarix: 23-01-2018 12:33     Baxış: 3487 A- / A+
General: Erməni ordusunda xəstə əsgərlər xidmət edir

Ermənistan ordusunda xəstəni də, sağlamı da xidmət etməyə aparırlar.

Manevr.az bildirir ki, bunu oxu.az-a ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Ermənistanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni hərbi qulluqçu Edqar Akopyan xəstə olaraq işgəncəyə məruz qalmasına dair yayılan məlumatlara münasibət bildirərkən deyib.

General-leytenantın sözlərinə görə, erməni komandirlər əsgərləri orduda saxlamaq üçün onları təhqir edib, döyüb, işgəncə verirlər.

“Ermənistanda əsgərə qayğı göstərməyə vəsait yoxdur. Onlarda normal kazarma şəraiti mövcud deyil, təlimlərdə yaxşı yemək verilmir”.

Y. Aydəmirov bildirib ki, ermənilərin ordusunda xəstə əsgərlər xidmət edir:

“Onlarda şəraitsizlikdir, nəticədə, xəstələr, müalicə olmaq əvəzinə əvvəlki vəziyyətdən də pis vəziyyətə düşür və şikayət edir. Komandirlər də çıxılmaz vəziyyətdədir ki, nə qədər xəstə əsgər olar. Erməni ordusunda problemlərin çoxu vəsaitin olmasında irəli gəlir, əsgərlərin təminatında ciddi problemlər olduğundan nizam intizam aşağı düşür, ona görə də komandirlər təhqir etməklə, döyməklə, işgəncə verməklə çalışırlar əsgərləri orduda saxlasınlar”.

Ehtiyatda olan general-leytenant qeyd edib ki, Ermənistan ordusunda vəziyyət çox pisdir:

“Birinci ona görə ki, əsgərlər bilirlər ki, Qarabağda haqsız döyüşə gedirlər. Çoxları orada ölüb, yaralanacaq. Ikincisi də ki, Qarabağda kimsəsizlərin, imkansızların, kasıbların övladları hərbi komissarlıqdan pul verib kənara çəkilə bilməyən şəxslərin övladları quluq edir. Sosial bərabərsizlik nəticəsində erməni orduda nizam intizam yoxdur, anarxiya baş verir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar