Xəbər lenti
Sarkisyan Ermənistanın gələcək müqəvva prezidenti barədə danışdı

Ermənistanın gələcək prezidenti əvvəllər heç vaxt siyasətlə məşğul olmayan və heç vaxt hər hansı partiyada təmsil olunmayan şəxs olmalıdır.
Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan bu barədə ziyalıların nümayəndələri ilə görüşdə deyib.
Görüşdə o, Ermənistanın gələcək prezidentinin necə adam olması ilə bağlı fikirlərini də açıqlayıb.
Serj Sarkisyan bildirib ki, həmin şəxs zəngin keçmişə, böyük həyat təcrübəsinə malik olmalı, həm Ermənistanda, həm də xaricdə məşhur şəxs kimi tanınmalıdır ki, Ermənistanı beynəlxalq səviyyədə təmsil edə, yəni öz funksiyalarını istər ölkə daxilində, istərsə də onun hüdudları xaricində ləyaqətlə yerinə yetirə bilsin.
Yəni bu cür ritorik ifadələrlə o, dolayısı ilə başa salıb ki, siyasətdən başı çıxmayan, Sarkisyanın dediyi ilə oturub-duran, onun baş nazir kürsüsünə yiyələnməsinə mane ola bilməyəcək qədər zəif birinin müqəvva kimi prezident kürsüsünə oturdacaq. Yəni yeni prezident heç bir işlə məşğul olmayacaq.istipress
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar