Sizin Reklam Burada
Xəbər lenti
14-05-2024
BÜTÜN XƏBƏRLƏR

İrəvan qarışıb: Sarkisyan hakimiyyətdən gedə bilər

Tarix: 16-01-2018 11:08     Baxış: 2574 A- / A+
İrəvan qarışıb: Sarkisyan hakimiyyətdən gedə bilər
Ermənistanda siyasi hakimiyyətin yenilənməsi, Sərkisyan və onun Qarabağ klanının yerinə başqa bir qrupun gəlməsi kifayət qədər real görünür.
Bu sözləri politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Ermənistanda qiymətlərin sürətlə artması əhalinin maddi rifahına ciddi şəkildə təsir göstərir:
"Artıq müxtəlif bölgələrdə xalqın həyəcanı artıb. Buna əsaslanaraq bəzi politoloqlar xalqın birdən-birə ayağa qalxacağı və qiyam edə biləcəyi ilə bağlı ehtimalları gündəmə gətirirlər. Əlbəttə, bu, müəyyən qədər həqiqətə uyğundur. Çünki bu ölkədə siyasi qütbləşmə davam edir. Bunu yaradan isə Sərkisyan və onun komandasıdır. Sərkisyan iki dəfə hakimiyyətə gəlməsinə baxmayaraq, ölkə konstitusiyasını dəyişdikdən sonra yenidən baş nazir olaraq hakimiyyətdə qalmaq istəyir. Amma əksər müşahidəçilər Sərkisyanın Ermənistanda keçiriləcək seçkilərdən sonra bir gün də olsa, hakimiyyətdə qala bilməyəcəyini deyir".
Politoloq qeyd edib ki, indiki baş nazir Karapetyan və Sərkisyan arasında mübarizə gün keçdikcə daha da artır:

"Bütün bunlar onların təmsil etdiyi siyasi qruplara və siyasətçilərə də ciddi surətdə təsir göstərir. Ölkədə qütbləşmə, müxtəlif siyasi əlamətlər üzrə bölünmə müşahidə olunur. Belə bir vəziyyətdə ölkənin ciddi ictimai-siyasi böhran yaşadığını qeyd etmək mümkündür. Bu ictimai-siyasi böhran qiyama, qarşıdurmalara, bütövlükdə Sərkisyan hakimiyyətinə qarşı ciddi çıxışlara gətirib çıxara bilər. Ermənistanda bu gün iqtisadi vəziyyət ağırdır, siyasi vəziyyət də ağırlaşmaqda davam edir. Bu ağırlaşma mart ayına qədər sosial etirazlarla, partlayışlarla müşayiət olunacaq".

Qeyd edək ki, yanvarın 1-dən etibarən Ermənistanda gündəlik tələbat məhsullarının qiyməti bahalaşıb.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar