Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistana sərt hərbi xəbərdarlıq olundu

Tarix: 12-01-2018 10:17     Baxış: 1309 A- / A+
Ermənistana sərt hərbi xəbərdarlıq olundu

Elman Məmmədov: “Azərbaycan ordusunu inkişaf etdirmək, ən müasir silahlarla təmin etmək üçün maddi və siyasi baxımdan hər cür imkanlara malikdir” Fəzail İbrahimli: “Ordumuzun ən müasir silahlarla təmin edilməkdə davam etməsi, yeni-yeni silah-sursatın alınması Azərbaycanın güclü iqtisadiyyat və imkanlara malik olduğunun mesajıdır”.
“Azərbaycanın hərbi gücü artıb”. Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan Ordusu beynəlxalq reytinqə görə dünyanın ən güclü ordularından biridir. Prezident növbəti illərdə də bu sahədə tədbirlərin görüləcəyini və yeni silahların alınacağını bildirib: « Bununla yanaşı, təbiidir ki, biz hərbi gücümüzü də artırırıq. Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa biz onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Bizim hərbi şəhərciklərimizin, bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verir. Təmirə ehtiyacı olan qalan hərbi hissələrin təmir işləri növbəti illərdə yekunlaşmalıdır. Nə qədər lazımdırsa vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır. Yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq heç kimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərmişdir».

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Azərbayacn Ordusunun ən müasir yeni-yeni silahlarla təmin olunması işğalçı dövlət və onun hamilərini qorxu və təşviş içində saxlayır: “Cənab Prezident Nazirlər Kabinetinin iclasında ordumuzla bağlı da çox əhəmiyyətli fikirlər söylədi. Hər bir dövlət, onun qorunması, təhlükəsizliyinin təmin olunması, müdafiə qabiliyyətinin yüksək səviyyədə olması üçün ordu da yüksək hərbi hazırlıq və döyüş qabiliyyətinə malik olmalıdır. Müasirləşən, inkişaf edən dünya sistemində günü-gündən yenilənın silah-sursatla təmin olunmalıyıq.
Digər tərəfdən, Azərbaycanın Ermənistan timsalında nankor, naxələf qonşusu var. Torpaqlarımızın 20 faizi bu terrorçu dövlət tərəfindən işğal edilib. Azərbaycan bu səbəbdən müharibə vəziyyətindədir və torpaqlarımızı işğaldan azad etmək məqsədilə yaşayırıq və azad edəcəyik. Ona görə də Azərbaycan Ordusu silah-sursat, fiziki, hərbi hazırlıq, döyüş qabiliyyəti, mənəvi-psixoloji ruh yüksəkliyi və qələbə əzmi baxımından günü-gündən yenilənir, müasirləşir, döyüş qabiliyyətini daim yüksəldir. Təbii ki, Azərbaycan ordunu daim inkişaf etdirmək, onu ən müasir silahlarla təmin etmək üçün hər cəhətdən, maddi və siyasi baxımdan imkanlara malikdir. Bu isə işğalçı düşməni və onun hamilərini təbii ki, təşvişə, qorxuya salır.
Azərbaycan Ordusunun dünya orduları içərisində yüksək döyüş qabiliyyətinə malik olmasını təkcə biz demirik. Yəni, bunu elə-belə boş yerdən səsləndirmirik. Ordumuzun döyüş qabiliyyətinin yüksək olduğu beynəlxalq hesabatlarda da öz əksini tapıb. Xarici hərbi ekspertlərin rəyində də bu məqam vurğulanıb. Həqiqətən də Azərbayan Ordusu güclü ordudur. Ordumuz öz döyüş qabiliyyəti və gücünü günbəgün artırır və artırmalıdır. İstənilən anda Ali Baş Komandanın əmrilə ordumuz torpaqlarımızı işğaldan azad etmək qabiliyyətinə malik olmalıdır və malikdir.
Cənab Prezident bir daha kəskin şəkildə bəyan etdi ki, ordunun hazırlıq dərəcəsinin yüksək səviyyədə olmasının təmin edilməsi üçün heç nəyi əsirgəməyəcəyik. Buna imkanlarımız və lazımı qədər maliyyə vəsaitimiz də var. Lazım olsa orduya yenə də daha çox vəsait ayıracağıq. Ordumuz ən müasir silahlarla təmin olunmalıdır. Həmçinin müasir silahdan yüksək səviyyədə istifadə etməyi bacaran peşəkar zabit və əsgər heyətimiz olmalıdır. Yəni, şəxsi heyətin də hərbi hazırlıq səviyyəsi günü-gündən artmalıdır. Təkcə müasir silah-sursatla təmin edilməklə iş bitmir. Onu idarə etmək və bacarıqla istifadə etmək üçün peşəkar bilikli, savadlı hərbçilər də olmalıdır. Azərbaycan Ordusu buna da malikdir və getdikcə bu istiqamətdə gücünü daha da artırır”.
Milli Məclisin deputatı Fəzail İbrahimli də qeyd etdi ki, yeni-yeni silahların alınması düşmənə Azərbaycanın güclü iqtisadiyyat və imkanlara malik olduğunu göstərən bir mesajdır: “Ordumuzun ən müasir silahlarla təmin edilməkdə davam etməsi, yeni-yeni silah-sursatın alınması təbii ki, Azərbaycanın güclü iqtisadiyyat və imkanlara malik olduğunun mesajıdır. Azərbaycan ən müasir silahlar alıb və almaqda davam edir.
Ölkəmiz istənilən vaxt torpaqlarımızı azad etmək üçün lazımı qədər güc və qüdrətə malikdir. Ancaq hələ beynəlxalq hüquq normalarına hörmətlə yanaşırıq ki, düşmənlərimiz çəkilib torpaqlarımızdan çıxıb getsinlər. Yəni, problemi sivil formada həll etməyin tərəfdarıyıq. Əks təqdirdə, düşmən və hamiləri bilməlidir ki, Azərbaycanın güc və qüdrəti torpaqları azad etməyə qadirdir. Prezident tərəfindən səslənən həmin fikir də onlara yönəlik bir mesaj idi”.movqe.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar