Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ankaranın yeni Qərb siyasəti: Bakı üçün şans...

Tarix: 07-01-2018 10:27     Baxış: 4401 A- / A+
Ankaranın yeni Qərb siyasəti: Bakı üçün şans...


2018-ci ildə Rusiya-ABŞ münasibətləri daha da gərginləşəcək. Bu isə bölgədəki geosiyasi duruma təsirsiz ötüşməyəcək.
Ankaranın yeni Qərb siyasəti: Bakı üçün şans...
Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq geosiyasi hadisələrin gərgin məcrada inkişaf etdiyini vurğulayıb:
“Bir çoxları hesab edir ki, Türkiyənin son zamanlar NATO-dan kənar siyasət yürütməsi və bu fonda Rusiya ilə sıx yaxınlaşması Ankaraya müəyyən təsirlər yarada bilər. Əslində, bu, öncədən bəlli idi. İran ABŞ-ın hədəfində olan ikinci ölkədir. Ona görə də Türkiyənin İran hərəkatı ilə bağlı nümayiş etdirdiyi mövqe birmənalı qarşılanmır. Ancaq hesab edirəm ki, Türkiyə ətrafında, eləcə də xarici siyasətində yol verdiyi nöqsanları düzəltmək üçün bir sıra cəhdlər edəcək. Elə Türkiyə prezidentinin Fransaya səfəri və orada Fransa və İtaliyanın ortaq şirkəti olan EUROSAM-a qoşulması və gələcəkdə bu şirkətin Türkiyəni əhatə edə biləcəyi ilə bağlı saziş imzalaması Ankaranın atdığı ciddi addımlardan biridir. Bu, gələcəkdə Türkiyənin balanslaşdırılmış siyasətinə bir yön verəcək”.
Politoloq bəzi dövlətlərin İranla bağlı seçim qarşısında qala biləcəyini də istisna etməyib:
“İran məsələsində ABŞ və Qərb dövlətlərinin mövqeyi formalaşamaqdadır. Buraya İsraili də əlavə edə bilərik. Digər dövlətlər də bu məsələdə seçim qarşısında qala bilər. Azərbaycanı İranla yaxın qonşuluq münasibətləri, tarixi dil və din ənənələri birləşdirir. Bu səbəbdən də Azərbaycan-İran münasibətləri normaldır. Ancaq dünya dəyişdikcə geostrateji maraqlar və taktiki addımlar da dəyişir. Hər şey bölgədəki hadisələrin inkişaf trayektoriyasından asılı olacaq. Azərbaycan baş verən prosesləri diqqətlə izləyərək bölgədəki hadisələrdən maksimum yararlanmağa çalışacaq.
Əlbəttə, Avropa Birliyinin ərazi bütövlüyü məsələsini ön plana sürməsi, ölkəmizin AB-yə doğru cəsarətli addımlar atması, Avropa nümayəndə heyətinin Bakıya gözlənilən səfərləri onu göstərir ki, Bakı qərbmeyilli siyasətinə ciddi əhəmiyyət verir, müxtəlif balanslar və geosiyasi maraqlar içərisində özü üçün lazım olan məqamları tapmağa çalışır. Zənnimcə, bölgədə cərəyan edən hadisələr ölkəmiz üçün əlverişli məqam yaradacaq. Belə olan halda isə Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün yaranmış şəraitdən yararlana biləcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar