Xəbər lenti
Deputatdan BMT-yə SƏRT QINAQ -FOTO

Millət vəkili Qənirə Paşayeva Efiopiya, Konqo və Malinin tanınmış təşkilat rəhbərləri ilə görüşüb.
Manevr.az xəbər verir ki, millət vəkili görüşdə Azərbaycanla və Dağlıq Qarabağ məsələsi ilə bağlı geniş məlumat verib.
Deputat BMT və ATƏT-in Minsk Qrupu başda olmaqla, beynəlxalq təşkilatları Ermənistana təzyiqlər göstərmədiklərinə görə sərt qınayıb:
“Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi vandalizm aktlarına laqeyd qalmamalıdır”.
Efiopiya, Konqo və Malinin ictimai xadim qadınları, tanınmış təşkilat və QHT rəhbərləri isə öz növbəsində Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini bildiriblər.
Görüşdə sözügedən ölkələrlə qarşılıqlı səfərlərin vacibliyi və əməkdaşlığın inkişafı üçün böyük prespektivlərin olduğu vurğulanıb.
Q.Paşayeva görüşün sonunda xarici nümayəndələrə Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materiallar təqdim edib və onları ölkəmizə dəvət edib./axar.az
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar