Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan Abdulla Gülü müxalifətə qoşulmaqda ittiham etdi: YAZIQLAR OLSUN!

Tarix: 30-12-2017 16:58     Baxış: l3624 A- / A+
Ərdoğan Abdulla Gülü müxalifətə qoşulmaqda ittiham etdi: YAZIQLAR OLSUN!


Ərdoğandan Abdulla Gülün ünvanına sərt sözlər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanad çəkmədən keçmiş prezident Abdulla Gül və sabiq parlament sədri Bülənt Arınçı müxalifətlə birlikdə hərəkət etməkdə günahlandırıb.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, R. T. Ərdoğan hərbi çevriliş cəhdləri və terrorun qarşısının alınmasında iştirak edən mülki şəxsləri cinayət məsuliyyətindən azad edən qanuni qüvvəyə malik qərarı (Kanun Hükmünde Kararname) tənqid edən A. Gül və B. Arınça cavbab verib.
R. T. Ərdoğan xatırladıb ki, 15 iyul 2016-cı ildə hərbi çevrilişə cəhd edənlərə müqavimət göstərmiş dövlət məmurlarının məsuliyyətdən azad edilməsi barədə çevriliş cəhdindən 2 həftə sonra qərar çıxarılıb: “İndi eyni qərarı çevrilişə müqavimət göstərmiş mülki vətəndaşlara da şamil etmək ehtiyacı yaranıb. Lakin nədənsə, bu qərarla bağlı böyük gurultu qopdu. Əslində böyük deyil, qəribə kampaniyalar başladıldı. Hətta içimizdən bəziləri də bu kampaniyaya qoşuldu. Kampaniyaya qatılan bu şəxslər 16 aprel referendumunda “hə” deməyənlərdir. Biz mübarizə yoldaşı deyilikmi? Necə ola bilər ki, sizlər Bəy Kamalın qayığına minirsiniz? Bu düşmənçilik karvanına bizim mübarizə yoldaşlarımızın bir qismi necə qatılıb bəzilərini sevindirir? Yazıqlar olsun!”

Qeyd edək ki, hərbi çevriliş və terrorun qarşısının alınmasında iştirak edən mülki şəxsləri cinayət məsuliyyətindən azad edən qərarnaməyə etiraz edənlər bunun ölkədə vətəndaş qarşıdurmasına səbəb ola biləcəyini bildirirlər. Müxalifət hesab edir ki, hakimiyyət bununla özünə yaxın olan qeyri-qanuni silahlı qrupları qanuniləşdirir, onlara müxalifləri susdurmaq üçün səlahiyyətlər verir. 11-ci prezident Abdulla Gül iqtidarı qərardakı qeyri-müəyyənliyi aradan qaldırmağa və yalnız 15 iyul 2016-cı il hadisələrində dövləti qorumuş şəxsləri cəzadan azad etməyə çağırıb. Bülənt Arınç isə A. Gülün bu barədə “tvit”ini paylaşaraq onun mövqeyini dəstəkləyib.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar