Sizin Reklam Burada
Xəbər lenti
12-05-2024
11-05-2024
BÜTÜN XƏBƏRLƏR

100 nəfərlik ordunun Türkiyəyə qarşı QORXUNC PLANI : “Ərdoğan hədəflərinə çatmayacaq!”

Tarix: 29-12-2017 12:24     Baxış: 2463 A- / A+
100 nəfərlik ordunun Türkiyəyə qarşı QORXUNC PLANI


PKK terror təşkilatının yüksək rütbəli hərbi komandirlərindən olan Siyabend Velad ABŞ-dan aldıqları son təlimatı açıqlayıb.

“Yeni Şəfəq” nəşri xəbər verir ki, terror təşkilatının media qurumu ANF-ə danışan Velad ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) onlara “Türkiyə ilə sərhəddə 100 min nəfərlik ordu qurun, bütün gücümüzlə yanınızdayıq” dediyini söyləyib.

“Suriya Demokratik Gücləri”, YPG (PKK terror təşkilatının Suriya qanadı - red.) və YPJ-nin (YPG-nin qadınlardan ibarət bölməsi - red.) bir çətir altında birləşdiyini deyən Velad yeni ordunun tezliklə tamamlanacağını bildirib. Onun sözlərinə görə, yeni ordunun 13 alayının formalaşması artıq başa çatdırılıb.

ABŞ-ın İŞİD əleyhinə koalisiya üzrə xüsusi nümayəndəsi Brett Makgurk (Türkiyədə “müstəmləkə valisi” adlandırılır - red.) ilə “yeni dövr və yeni ordu” layihəsini tətbiq etməyə başladıqlarını bildirən PKK komandiri Vaşinqtonun 2018-ci il üçün təşkilata 400 milyon dollarlıq hərbi yardım barədə söz verdiyini dilə gətirib.

“Ortaq ordu layihəsi Suriyanın bütün şimalını əhatə edəcək. Bu mərhələdən sonra heç bir güc bizə hücum edə bilməyəcək və bölgədə varlığımızı hər kəs qəbul etmək məcburiyyətində qalacaq. ABŞ bizə hər mövzuda zəmanət verib və “ələ keçirdiyiniz bölgələrdə heç bir güc sizə müdaxilə edə bilməyəcək” mesajı göndərib. İŞİD-lə mübarizədə qazandığımız təcrübəni Türkiyəyə qarşı istifadə edəcəyik”, - Velad Türkiyəni təhdid edib.

O, 100 min nəfərlik PKK ordusunun ABŞ-dan təlim, silah, sursat və diplomatik dəstək alacağını ifadə edib. PKK-çının sözlərinə görə, amerikalı komandirlər onlara “Ərdoğanın hədəflərinə çata bilməyəcəyini” deyib.

Bölünməmiş Suriyanın “boş yuxular” olduğunu iddia edən PKK lideri Dəməşqi də təhdid edərək heç bir gücün onları ələ keçirdiyi torpaqlardan çıxarda bilməyəcəyini vurğulayıb./publika.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar