Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan, İran və İraqı BİRLƏŞDİRƏN SAZİŞ

Tarix: 28-12-2017 09:01     Baxış: 5330 A- / A+
Azərbaycan, İran və İraqı BİRLƏŞDİRƏN SAZİŞ


Dekabrın 27-də Azərbaycan Cüdo Federasiyasında yeni əməkdaşlıq sazişi imzalanıb.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, sazişi ölkəmizdə səfərdə olan İran İslam Respublikası Cüdo Federasiyasının prezidenti Məhəmməd Deraxşanmübarək, İraq Cüdo Federasiyasının prezidenti Samir Əl-Musəvi və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov imzalayıblar.

Əməkdaşlıq sazişinə əsasən, bu üç ölkənin cüdo federasiyaları dostluq münasibətlərini və qarşılıqlı əməkdaşlığı inkişaf etdirərək, bütün yaş qrupları üzrə milli yığma komandaların birgə təlim-məşq toplanışlarını, turnirlər, yoldaşlıq görüşlərinin təşkili və keçirilməsini reallaşdıracaq. Tərəflərin üzvü olan idman təşkilatlarının, eləcə də idman məktəblərinin əməkdaşlığına şərait yaradılacaq. Məşqçilər və hakimlər üçün birgə seminarlar təşkil ediləcək. Müxtəlif təcrübə mübadiləsi layihələrinin hazırlanması və həyata keçirilməsi də nəzərdə tutulur. Həmçinin, müxtəlif yarışlarda təmsil olunmaq üçün zəruriyyət yaranmış çəki dərəcələrində idmançı transferlərinin həyata keçirilməsi də gələcək planlar daxilindədir.

Görüşdə Sadıq Sadıqov qonaqlara xatirə hədiyyələrini təqdim edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar