Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

DİQQƏT: Azərbaycanda hərbi xidmətlə bağlı - VACİB XƏBƏR!

Tarix: 19-12-2017 15:42     Baxış: 4561 A- / A+
DİQQƏT: Azərbaycanda hərbi xidmətlə bağlı


İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün üzrlü səbəblər olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməsi inzibati məsuliyyət yaradır və onlara inzibati cərimə tətbiq olunacaq.

Azərbaycan İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların məsuliyyətini artıracaq.
Hərbi jurnalist Ramil Məmmədli açıqlamasında bildirib ki, bu, hərbi xidmətdən yayınmaların qarşısını almaq üçün atılan addımlardan biridir:

“Əlbəttə, səhhətindən, tutduğu mövqedən asılı olmayaraq, 16 yaşına çatmış şəxslər hərbi mükəlləfiyyətlə bağlı Səfərbərlik Xidmətinin ərazi üzrə şöbələrində qeydiyyatdan keçməlidirlər. Təcrübədə bu kommisiyalardan keçərkən yayınmalar olub (1990-2000-ci illərin əvvəllərində). Yəqin ki, hazırda belə faktlar aşkarlandığından qanunun sərtləşdirilməsinə zərurət olub. Bu, ancaq təqdirolunacaq bir addımdır”.

Qeyd edək ki, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycanın kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.

Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- doğum haqqında şəhadətnamənin surəti:
- ailə tərkibi haqqında arayış;
- təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);
- təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;
- tərcümeyi-hal;
- 6 ədəd 3x4 sm ölçüdə fotoşəkil.metbuat.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar