Xəbər lenti
Ermənistanın Qarabağdakı ordusu haqda iki dəhşətli sirr açıldı
Ermənistan hakimiyyəti "Qraparak" qəzetinə hücum edib.
Buna səbəb qəzetin "Ordu-millət və qorxaqlar" adı ilə yayımladığı müsahibədir.
Hakimiyyət nümayəndələri qəzetdən müsahibəni verən anonim hərbi qulluqçunun adının açıqlanmasını tələb edir. Lakin redaksiya rəhbərliyi təhlükəsizlik baxımından müsahibin adını açıqlamaqdan boyun qaçırıb.
"Qraparak"a danışan hərbi qulluqçu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşdirilən erməni hərbi bölmələrinin birində xidmət edir.
Adı açıqlanmayan hərbi qulluqçu ordudakı kütləvi rüşvət və əsgərlərə məxsus ərzağın qara bazarda satılması hallarından danışıb. O, Ermənistan ordusu haqda iki sirri açıqlayıb.
Birinci sirr: Əsgərlər Ermənistanın hərbi komissarlığına çağırılır və tanınmayan "DQR"ə xidmət etməyə göndərilir. Azərbaycan dəfələrlə bu faktı gündəmə gətirsə də, Ermənistan Qarabağdakı işğalçı ordunu "özünümüdafiə gücləri" olaraq təqdim edir. "Qraparak" məqaləsi isə hər şeyi sübut edir.
İkinci sirr: Bu, Ermənistan ordusunda oğurluqdur. Əsgərlərə keyfiyyətsiz ərzaq verilir. Hərbi qulluqçular öz valideynlərindən corab, diş pastası, alt paltarı və məişətdə istifadə olunan digər ləvazimatları göndərməyi xahiş edirlər. Anonim hərbi qulluqçu qeyd edib ki, ailələrin göndərdiyi bağlamanı almaq istəyən əsgərlərin hər biri bu işə nəzarət edən zabitə 1000 dram pul ödəməlidir. Əks təqdirdə bağlama əsgərə verilmir.
Bu müsahibədən sonra Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi "Qraparak" qəzetinin redaksiyasına baş çəkiblər. Hərbi polislər məsələ ilə bağlı cinayət işi açmaq üçün anonim hərbi qulluqçunun kimliyini öyrənmək istədiklərini bildiriblər. Lakin qəzetin rəhbərliyi təhlükəsizliyə görə bundan imtina boyun qaçırıb və bildirib ki, "əgər həqiqətən problemlə görə məsuliyyət daşıyanları cəzalandırmaq istəyirsinizsə, o zaman, müsahibədə deyilənlər üzrə hərəkət edin".
Hərbi polis qəzet rəhbərliyinə deyib ki, müsahibəni verən hərbi qulluqçunun adı açıqlanmasa, o zaman, "Qraparak" yalan informasiya verməkdə ittiham olunacaq. Bütün bu təzyiqlərə baxmayaraq, qəzet rəhbərliyi mənbənin adını açıqlamayıb.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar