Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

Bu dəfə müharibəyə başlasaq, Putin.... - politoloqun şərhi

Tarix: 21-09-2016 12:34     Baxış: 3516 A- / A+
Bu dəfə müharibəyə başlasaq, Putin....

Rusiyanın yürütdüyü siyasət ucbatından Cənubi Qafqaz barıt çəlləyinə çevrilir.

Bu barədə axar.az-a sabiq dövlət müşaviri Qabil Hüseynli danışıb. Politoloq Rusiyada formal parlament seçkiləri, Ermənistanda isə hökumətin istefası fonunda hər iki ölkənin gələcək siyasətinə nəzər salıb:

“Rusiyada siyasi partiyaların nisbəti əvvəlki kimi qalır, yəni hər şey Putinin nəzarəti altında həyata keçirilir. Ona görə də bundan sonra Rusiyanın siyasətində heç bir ciddi dəyişiklik olmayacaq. Rusiya ilə paralel, Ermənistanın siyasətində də yenilik proqnozlaşdırmıram. Nə qədər ki, Rusiya və Putin var, Sərkisyan və onun quldur dəstəsi də mövcud olacaq. Bu fonda da Dağlıq Qarabağ məsələsində hansısa yeni nüansların ortaya çıxacağını söyləmək çətindir. Əksinə, problemin sülh yolu ilə həllini çətinləşdirən addımlar atılır. Məsələn, Rusiya Ermənistanı yeni “Buk” tipli müharibə silahları ilə silahlandırmağa başlayıb. Hansı ki, onların dəyəri 1 milyard dollara yaxındır. Qafqazda silahlanmanı sürətlə davam etdirməklə Rusiya eyni zamanda, xeyli qazanc əldə edir. Belə ki, Ermənistana havayı versə, eyni silahlardan Azərbaycana da satacaq”.

Politoloq bildirib ki, Dağlıq Qarabağ probleminin həllinə dair Rusiyada hazırlanmış Lavrov və ya Putin planının mahiyyətində elə də ciddi dəyişiklik gözlənilmir:

“5 rayonun geriyə qaytarılması ətrafında spekulyasiylar davam edəcək. Ermənistan isə növbəti danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutacaq. Pozitiv nəticə gözləmək çox çətindir. Nə qədər ki, BMT, ATƏT prosesə fəal sürətdə müdaxilə etməyib, Qərb, ilk növbədə ABŞ Dağlıq Qarabağı özünün əsas xarici siyasətlərindən birinə çevirməyib, Rusiyanın spekulyasiyaları davam edəcək”.

Q.Hüseynlinin sözlərinə görə, bu cür gedişat regionda vəziyyəti gərginləşdirə bilər:

“Azərbaycan yenidən öz torpaqlarını azad etmək üçün həlledici hərəkətə keçə bilər. Ancaq bu, müəyyən hazırlıqlardan sonra mümkündür. Azərbaycan indi Rusiya ilə danışıqlar aparır, yeni növ silahlar almaq istəyir. Rusiyanın yürütdüyü siyasət ucbatından Cənubi Qafqaz barıt çəlləyinə çevrilir. Üstəlik, müharibə başqa ölkələri də cənginə ala bilər. Beynəlxalq təşkilatlar Azərbaycan-Ermənistan arasında müharibənin yenidən alovlanmasına imkan verməməlidir. Çünki budəfəki müharibə Putinin istəyi ilə dayanmayacaq, başlasa, ölüm-dirim savaşına çevriləcək. Ona görə də bəri-başdan Ermənistan danışıqlarda konstruktiv addımlara məcbur edilməlidir. Azərbaycanın iqtisadi gücü, yeritdiyi siyasət, Qoşulmayanlar Hərəkatına 3 illik sədr seçilməsi ölkənin beynəlxalq aləmdə artan nüfuzuna dəlalət edir. Azərbaycan məhz bu üstünlüklərindən istifadə etməklə, Rusiyaya sığınmasına baxmayaraq, Ermənistan kimi kiçik bir dövləti gec-tez torpaqlarımızdan çıxmağa vadar edəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar