Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vyana görüşünə razılıq veriblər – BƏYANAT

Tarix: 16-11-2017 19:56     Baxış: 5413 A- / A+
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vyana görüşünə razılıq veriblər – BƏYANAT


Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabrda Vyanada ATƏT Nazirlər Şurasının toplantısı çərçivəsində görüşməyə razılıq veriblər.
Unikal.org xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir.

Bəyanatda deyilir ki, həmsədrlər görüş üçün hərtərəfli siyasi həllə bağlı məsələləri və təmas xəttində gərginliyi azaltmaq üçün xüsusi tədbirləri özündə birləşdirən gündəliyi hazırlayacaqlar:
“Xüsusi diqqət ATƏT-in fəaliyyətdə olan sədrinin ofisinin genişləndirilməsi məsələsinin yekunlaşmasına yönəldiləcək”.
Bəyanatda həmsədrlər Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Moskvada noyabrın 14-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan, bu gün isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşünün keçirildiyi vurğulanır.
Qeyd olunur ki, həmsədrlər nazirlərlə oktyabrın 16-da Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri tərəfindən əldə olunmuş razılaşmanın icrası üçün konkret addımları və həmin görüşdə həmsədrlər tərəfindən qaldırılmış digər məsələləri müzakirə ediblər.
Görüş zamanı tərəflər arasında masada olan bir sıra təkliflərlə bağlı fikir mübadiləsi də aparılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar