Xəbər lenti
Məmmədyarov və Nalbandyan dekabrda görüşəcəklər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabrda Vyanada ATƏT Nazirlər Şurasının toplantısı çərçivəsində görüşməyə razılıq veriblər.
Bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir.
Bəyanatda deyilir ki, həmsədrlər görüş üçün hərtərəfli siyasi həllə bağlı məsələləri və təmas xəttində gərginliyi azaltmaq üçün xüsusi tədbirləri özündə birləşdirən gündəliyi hazırlayacaqlar: "Xüsusi diqqət ATƏT-in fəaliyyətdə olan sədrinin ofisinin genişləndirilməsi məsələsinin yekunlaşmasına yönəldiləcək".
Bəyanatda həmsədrlər Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Moskvada noyabrın 14-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan, bu gün isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşünün keçirildiyi vurğulanır.
Qeyd olunur ki, həmsədrlər nazirlərlə oktyabrın 16-da Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri tərəfindən əldə olunmuş razılaşmanın icrası üçün konkret addımları və həmin görüşdə həmsədrlər tərəfindən qaldırılmış digər məsələləri müzakirə ediblər.
Görüş zamanı tərəflər arasında masada olan bir sıra təkliflərlə bağlı fikir mübadiləsi də aparılıb.virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar