Sizin Reklam Burada
Xəbər lenti
23-08-2025
22-08-2025
21-08-2025
BÜTÜN XƏBƏRLƏR

MÜNASİBƏTLƏR GƏRGİNLƏŞİR: Pentaqon Rusiyanın ittihamlarını rədd etdi

Tarix: 14-11-2017 22:54     Baxış: 4466 A- / A+
MÜNASİBƏTLƏR GƏRGİNLƏŞİR: Pentaqon Rusiyanın ittihamlarını rədd etdi

Rusiya Müdafiə Nazirliyinin İŞİD-in dəstəklənməsinə dair ABŞ-ın ünvanına səsləndirdiyi ittihamlar əsassız, qeyri dəqiq və tamamilə yalandır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın nümayəndəsi polkovnik Rayan Dillon Rusiya MN-nin koalisiyanın İŞİD-lə əməkdaşlıq etməsinə dair məlumatını şərh edərkən deyib.

Onun sözlərinə görə, Moskva Rusiyanın Suriyada üzləşdiyi çağırışlardan diqqəti yayındırmaq məqsədi ilə bu cür ittihamlar səsləndirir.

“Bəzi yayılan şəkillərin video oyunlardan götürülməsi barədə xəbərlərdən məlumatlıyam”, - deyə Dillon Bağdadda keçirdiyi mətbuat konfransında əlavə edib.

Qeyd edək ki, Rusiya MN-nin bundan əvvəl yaydığı məlumatda qeyd olunub ki, ABŞ-ın noyabrın 9-da Əl Bukamal rayonunda geri çəkilən terrorçulara zərbə endirməkdən imtina etməsi faktı aparılmış danışıqların stenoqramlarında öz əksini tapıb. Rusiya MN-nin dərc etdiyi bu məlumata fotoşəkillər əlavə olunub. Lakin sonradan bir sıra KİV-lər həmin şəkillərin kompüter qrafikası olduğunu üzə çıxarıb.
Hazırda Rusiya Müdafiə Nazirliyi şəkilləri səhvən əlavə etdiyi iddia olunan mülki əməkdaş barəsində yoxlama aparır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar