Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Azərbaycan Əfqanıstanın müdafiəsinə yardım edəcək" - Zakir Həsənovdan NATO-nun tədbirində mesaj + FOTOLAR

Tarix: 12-11-2017 15:18     Baxış: 5557 A- / A+
"Azərbaycan Əfqanıstanın müdafiəsinə yardım edəcək" - Zakir Həsənovdan NATO-nun tədbirində mesaj


Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində Brüssel şəhərində keçirilən görüşündə iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.azt-a verilən məlumata görə, toplantıda Əfqanıstandakı təhlükəsizlik vəziyyəti, Qətiyyətli Dəstək Missiyasının gələcəyi, Əfqan Müdafiə və Təhlükəsizlik qüvvələrinin inkişafı barədə müzakirələr aparılıb.

İclasda çıxış edən general-polkovnik Z.Həsənov ölkəmizin Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi missiyasına verdiyi töhfəni qeyd edərək Əfqanıstana yardım məqsədilə təlim, təhsil, infrastruktur, nəqliyyat, investisiya və digər sahələrdə müxtəlif proqramların həyata keçirildiyini xüsusi vurğulayıb.

Müdafiə naziri çıxışında Alyansın etibarlı tərəfdaşı kimi, Azərbaycanın 2017-ci ildən sonra da Əfqanıstanın müdafiə və təhlükəsizliyinə yardım edəcəyini görüş iştirakçılarının nəzərinə çatdırıb.

Keçən həftə açılışının həyata keçirildiyi Bakı-Tbilisi-Qars dəmir yolunun böyük geosiyasi məkanda tarixi əhəmiyyətini xüsusi qeyd edən Müdafiə naziri, bu layihənin Avropa və Asiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrildiyini, o cümlədən Qətiyyətli Dəstək Missiyasının ehtiyaclarının yerinə yetirilməsi üçün böyük imkanlar yaratdığını da diqqətə çatdırıb.

"Azərbaycan Əfqanıstanın müdafiəsinə yardım edəcək" - Zakir Həsənovdan NATO-nun tədbirində mesaj
"Azərbaycan Əfqanıstanın müdafiəsinə yardım edəcək" - Zakir Həsənovdan NATO-nun tədbirində mesaj
"Azərbaycan Əfqanıstanın müdafiəsinə yardım edəcək" - Zakir Həsənovdan NATO-nun tədbirində mesaj


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar