Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sarkisyan İlham Əliyev qorxusunu... – İrəvan kulislərində ŞOK RAZILAŞMA

Tarix: 08-11-2017 15:03     Baxış: 51 017 A- / A+
Sarkisyan İlham Əliyev qorxusunu...


2018-ci ildə Ermənistan prezidenti Serj Sarkisyanın prezident səlahiyyətləri başa çatandan sonra əsas idarəçilik parlamentə keçəcək.

Publika.az xəbər verir ki, Sarkisyan hakimiyyətini davam etdirmək üçün kulislərdə danışıqlara başlayıb. Xüsusilə baş nazir Karen Karapetyanla müzakirələr aparılır.

“Qraparak” qəzeti hökumətin içindəki mənbələrə istinadən yazır ki, artıq “yuxarılarda” razılaşma əldə olunub.

“2018-ci ildən sonra kimin baş nazir olacağı, kimin harada oturacağı artıq həll olunub. Razılaşmaya görə, Serj Sarkisyan “Baqramyan 26”-da (Ermənistan Prezident Administrasiyasının ünvanı - red.) oturacaq, lakin artıq baş nazir kimi. Karen Karapetyan isə baş nazirin birinci müavini olaraq hökumətə nəzarət edəcək. O, hökumət binasında əyləşəcək. Buna görə də artıq hökumət binası yenidən təmir edilir. Ermənistanın gələcək prezidentinin məkanı isə Milli Təhlükəsizlik Şurasının binasında olacaq”, - deyə qəzet yazır.

Məlumatlara görə, Sarkisyanla Karapetyan əvvəlcə hakimiyyət bölgüsündə razılaşmayıb. İkinci birinciyə israrla “axı mənə baş nazir postunda qalacaqsan deyirdilər” deyə bildirib. Ona bu sözlərin Rusiyadan deyildiyi də məlumdur. Lakin Sarkisyan oktyabrın 16-da Cenevrədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən qayıdandan sonra Karapetyanla yenidən müzakirə aparıb və sonuncu onun təklifləri ilə razılaşıb. Buna səbəbsə, Karapetyanın ölkədə əsas şəxs kimi Qarabağ danışıqlarında İlham Əliyevlə müzakirə apara bilməyəcəyidir. Sarkisyan Azərbaycan prezidenti ilə danışıqların çətinliklərini sadaladıqdan sonra, Karapetyan baş nazirin birinci müavini olaraq, hökumətə rəhbərliyi davam etdirməklə razılaşıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar