Xəbər lenti
Sərkisyan: "Biz edə bilmədik, Bakı isə həyata keçirdi"
“Ermənistan Atom Elektrik Stansiyası 10 il sonra bağlanacaq, onu yeni atom elektrik stansiyası əvəz edəcək”. Ermənistan hökumətinin bu bəyanatına inanmıram.
Manevr.az xəbər verir ki, bunu “Sputnik Ermənistan” agentliyinə müsahibəsində Ermənistanın Demokratik Partiyasının sədri Aram Sərkisyan söyləyib.
“Ona görə ki, bizim imzaladığımız müqavilədə heç bir yeni atom elektrik stansiyasından bəhs edilmir. Avropa Birliyi ilə Ermənistan arasındakı razılaşmaya əsasən, atom elektrik stansiyasını digər elektrik stansiyalar əvəz etməlidir. Razılaşmaya əsasən bu, daha çox, istilik elektrik və ya su elektrik stansiyaları ola bilər. Bunlar atom elektrik stansiyasının əvəzini verməyəcək. Erməni xalqı Sərkisyan hökumətinin sözlərinə inanmamalıdır. Ermənistan bu gün bütün regional layihələrdən uzaq qalıb. Biz öz günahımız ucbatından təcrid olunmuşuq. Bir zamanlar biz analoji layihəni Ermənistanla İran arasında təklif etmişdik. Bu, Fars körfəzi ilə AB arasında əlaqələndirici olmalı idi. Ermənistan bu imkanından istifadə edə bilmədi. Bakı-Tiflis-Qarsın işə düşməsi ilə təcridolma artacaq və Ermənistan daha böyük dalana dirənəcək” – deyə o bildirib.axar.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar