Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Ermənilərin hədəfində Naxçıvan və Gəncə də var”

Tarix: 04-11-2017 20:20     Baxış: 4468 A- / A+
“Ermənilərin hədəfində Naxçıvan və Gəncə də var”


Əli Orucov: “Onlar bunu bütün sahələrdə təbliğ edir”

Uzun zamandır ki, ermənilər ölkələri ilə bağlı tərtib etdikləri xəritələrdə Qarabağla yanaşı, hətta işğal edilməyən bəzi ərazilərimizi də Ermənistan ərazisi kimi göstərməkdədir.

Maraqlıdır, ermənilərin bu təxribatına cavab olaraq Azərbaycan tərəfi İrəvan, Zəngəzur və s. kimi tarixi torpaqlarımızı Azərbaycan xəritələrində Azərbaycan ərazisi kimi göstərə bilərmi? Bu, erməni təxribatına cavab olmaqla yanaşı, gənc nəslə həmin torpaqların Azərbaycana məxsus olması həqiqətini təlqin etmək baxımından da faydalı olmazmı?

“Ermənilərin hədəfində Naxçıvan və Gəncə də var”


Moderator.az -a açıqlama verən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov Azərbaycanın təbliğat baxımından ermənilərədn hələ də geri qaldığını vurğuladı:

“Ermənilərin Azərbaycana qarşı iddiaları sonsuzdur. Baxmayaraq ki, torpaqlarımızın 20 faizini işğal ediblər, bizim ərazilər hesabına dövlət qurublar. Onların hədəfində Naxçıvan və Gəncə də var. Nəinki xəritələrində, hətta bunu bütün sahələrdə təbliğ edirlər. Məsələn, Gəncəni Qanzasar ediblər və İrəvanda Ganzasar küçəsi var, yaxud eyni adlı futbol klubu var.

Azərbaycan tərəfi təbliğat baxımından hələ də ermənilərə uduzur. Bu yaxınlarda “Tarix” dəsliyində çıxan rəzaləti siz də gördünüz. Təəssüf ki, bu biabırçılıq cəzasız qaldı. Normal ölkələrdə istefalar olmalıydı, xəyanət edənlər məsuliyyətə cəlb olunmalı idi. Bütün sahələrdə olduğu kimi, dediyiniz məsələdə də böyük çatışmazlıqlar və yarıtmaz fəaliyyət var. Biz heç öz tariximizi, sərhədlərimizi dünyaya doğru-düzgün çatdıra bilmirik. Hətta bu tarixi xalqın özünə doğru-düzgün vermirlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar