Xəbər lenti
İlham Əliyev Tehranda Putinlə görüşdü
Rusiya lideri ölkələr arasında əlaqələrin sıxlaşmasımndan danışıb
Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.
İranda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Qarabağdan danışıb. Prezidentin həmkarı Həsən Ruhani ilə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti və münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin vəziyyəti barədə məlumat verib. Hərbi və hərbi-texniki sahədə əməkdaşlıq məsələləri və bu istiqamətdə perspektivlər müzakirə olundu, regional məsələlərə toxunulub, terrorizm və ekstremizmə qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlığı böyük potensiala malikdir və bu format çox önəmli sahələrdə əməkdaşlıq üçün yaxşı nəticələr verə bilər.
Görüşdə iqtisadi əməkdaşlıq məsələləri müzakirə olundu, ticarət dövriyyəsinin keçən il 70 faiz, bu ilin 9 ayında isə 33 faiz artması yüksək qiymətləndirildi. Söhbət zamanı qarşılıqlı sərmayə qoyuluşu, energetika, neft-qaz, nəqliyyat sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin uğurla icra olunduğu vurğulanıb.
İranda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev həmkarı Həsən Ruhani ilə görüşüb. Görüş Tehranda baş tutub.
Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri başlayıb. İstiPress-in məlumatına görə, İlham Əliyev Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşündə iştirak etmək üçün noyabrın 1-də İrana gedib.
Bu gün Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçeiriləcək. Səfər çərcivəsində İlham Əliyev və Vladimir Putin arasında ikitərəfli formatda da görüş olacaq. Üçtərəfli görüşün əsas müzakirə mövzuları qarşılıqlı əməkdaşlıq, eləcə də energetika sahəsində işbirliyi olacaq.
Bundan əlavə dövlət başçıları "Şimal-Cənub" nəqliyyat dəhlizini, Rusiyadan Azərbaycana qaz ixracının artırılması barədəd danışıqlar aparmalıdırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin də gündəlikdə olacağı gözlənilir.
Xatırladaq ki, bu Vladimir Putin, İlham Əliyev və Həsən Ruhaninin üçtərəfli formatda ikinci görüşüdür. İlk görüş ötən ilin avqust ayaında bakıda baş tutub.istipress.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar