Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Partiyalar büdcə pullarını hara xərcləyirlər … Siyasi qurumlar CAVAB VERDİLƏR

Tarix: 01-11-2017 16:56     Baxış: 5414 A- / A+
Partiyalar büdcə pullarını hara xərcləyirlər


Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı, digər bir sıra partiyalarının deputatları da təmsil olunur.
Bu partiyalara dövlət büdcəsindən nə qədər vəsait ayrılır?
Bu vəsait hansı istiqamətlərdə sərf edilir?

Modern.az saytı parlamentdə təmsil olunan partiyaların funksionerlərilə əlaqə saxlayıb

Deputat Tahir Kərimli dövlət büdcəsindən Vəhdət Partiyasına 98214,29 manat pul ayrıldığını deyib.
“Bu pul rüblərə bölünərək verilir. Yəni, hər ay partiyanın hesabına 8-9 min manat civarında pul daxil olur. Pul vergi məsrəfləri, işçilərin maaşları, partiya qərargahının saxlanılması və digər istiqamətlər üzrə xərclənir. Partiyamızın illik maliyyə hesabatlarında nöqsanlar olmur”.

Milli Məclisin komitə sədri Siyavuş Novruzov bildirib ki, dövlət büdcəsindən Yeni Azərbaycan Partiyasına 1,139,881 manat pul ayrılıb.
“Bu pullar rüblərə bölünür. Həmin vəsait partiya işinin gücləndirilməsinə, təşkilatımızın genişləndirilməsinə və s. işlərin həyata keçirilməsinə sərf edilir. Eyni zamanda, işçilərin əmək haqqına və müəyyən layihələrin keçirilməsinə yönləndirilir”.
Fazil Mustafa Böyük Quruluş Partiyasına dövlət büdcəsindən 98214.29 manat vəsaitin verildiyini deyib.
“Bu pullar işçilərinin maaşına, partiyanın xərclərinə və s. işlərin həyata keçirilməsinə sərf olunur”.

Milli Dirçəliş Hərəkatı Partiyasından bildiriblər ki, dövlət büdcəsindən partiyaya 98214,28 manat pul ayrılıb.

Azərbaycan Sosial Rifah Partiyasına da dövlət büdcəsindən 98214,29 manat pul ayrılıb.

Ana Vətən Partiyasına dövlət büdcəsindən 113095.24 manat pul verilib.
“Bu pullar rüblərə bölünür. Biz bu pulları partiya işinin gücləndirilməsinə, təşkilatımızın genişləndirilməsinə sərf edirik. Eyni zamanda, işçilərin əmək haqqına və müəyyən layihələrə xərclənir”.

Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyasına da dövlət büdcəsindən 98214.28 manat pul alıb.

Vətandaş Həmrəyliyi Partiyasına dövlət büdcəsindən 113095,24 manat vəsait verilib.

Azərbaycan Demokratik İslahatlar Partiyası büdcədən 98214.28 manat vəsait alıb.

Qeyd edək ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalara vəsait “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə əsasən bölünür. Bu qanuna görə, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Lakin seçkinin nəticələriinə əsasən belə partiya olmadığından hər il təxminən 250 min manat vəsait bölüşdürülməmiş qalır.

Qanunvericiliyə əsasən, siyasi partiyaların maliyyələşdirilməsi üçün ayrılmış vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür. Bu zaman söhbət 12 siyasi təşkilatdan gedir ki, onlardan da ən çox maliyyə əldə edən YAP olur.

Hazırda parlament partiyaları aşağıdakılardır:

Yeni Azərbaycan Partiyası – 71 mandat
Vətəndaş Həmrəyliyi Partiyası – 2 mandat (Fəzail İbrahimli, Rafael Hüseynov)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – 1 mandat (Qüdrət Həsənquliyev),
Demokratik İslahatlar Partiyası – 1 mandat (Asim Mollazadə),
Böyük Qurtuluş Partiyası – 1 mandat (Fazil Mustafa),
Milli Dirçəliş Hərəkatı Partiyası – 1 mandat (Fərəc Quliyev),
“Ana Vətən” Partiyası – 1 mandat (Fəzail Ağamalı),
Vətəndaş Birliyi Partiyası – 1 mandat (Sabir Hacıyev),
Azərbaycan Sosial Rifah Partiyası – 1 mandat (Xanhüseyn Kazımlı),
Vəhdət Partiyası – 1 mandat (Tahir Kərimli),
Azərbaycan Demokratik Maarifçilik Partiyası – 1 mandat (Elşən Musayev),
Azərbaycan Sosial Demokrat Partiyası – 1 mandat (Araz Əlizadə).

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar