Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

baş

Tarix: 31-10-2017 22:08     Baxış: 42 546 A- / A+
baş

Baş dəmiryolçunun rəqibi qalmayıb

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov hökumət üzvü olmasa da, Nazirlər Kabinetinin əksər məmurları ilə məhz onların rəhbəri kimi davranır. Məlumatlı şəxsin sözlərinə görə,hətta Baş nazirin müavini Abid Şərifov Cavid Qurbanovun yüksək çinli məmur kimi davranması ilə bağlı hallar müşahidə edilib. İddiaya görə, bütün bunlar məmurlar arasında Cavid Qurbanovun baş nazir ola biləcəyi ilə bağlı fikirlərin yaranmasına və yayılmasına səbəb olub. İqtidar daxilində baş verən proseslərdən,məlumatlı şəxsin sözlərinə görə, belə məlum olur ki,bu fikirlər heç də əsassız deyil.

Baş nazir postuna namizəd ola biləcək daha bir yüksək çinli məmur da vardır. Baş nazir Artur Rəsulzadənin birinci müavini Yaqub Eyyubov idi. Mənbənin verdiyi məlumata görə artıq o da Baş nazir olmaq şansını itirib. Onun özünün və oğlunun adının ciddi qalmaqallarda, Azərbaycanın "pulyuyan maşın”ının mərkəzində çəkilməsi artıq Yaqub Eyyubovun baş nazir olmaq ehtimalın üstündən iri bir xətt çəkib. Avropada yayılan məlumatda qeyd edilir ki, Yaqub Eyyubovun oğluna məxsus Budapeşt bankındakı hesaba Rusiyanın dövlət müəsissəsi və əsas silah ixracatçısı olan "Rosoboronexport” şirkəti tərəfindən gizli əməliyyat şəklində böyük pullar köçürülüb. Yaqub Eyyubovun Avropa Şurasında səfir olan oğlu Emin Eyyubov da daxil olmaqla Eyyubovlar ailəsi ümumilikdə Azərbaycanın "pulyuyan maşın”ından Almaniyada və ABŞ-da tibbi xidmət ödənişləri üçün istifadə etməsi haqqında məlumatlar yayılıb. Rusiyanın dövlət müəssisəsi və əsas silah ixracatçısı olan "Rosoboronexport” şirkəti ABŞ-ın və başqa Qərb dövlətlərinin yeni sanksiya siyahısında olduğu üçün bu qurumla müəmmalı maliyyə əməliyyatları aparmış şəxsin Azərbaycanın baş naziri olması qeyri-mümkündür.

Bütün bu və digər hallar isə Cavid Qurbanovun şanslarını artırır. Baş dəmiryolçunun baş nazir postuna iddialı olmasının əsas səbəbi də onun Türkiyənin baş naziri Binəli Yıldırımla yaxın münasibətlərdə olmasıdır. Türkiyə iqtidarında ikinci şəxs olan Binəli Yıldırımın Rusiya prezidenti Vladimir Putinlə isti münasibətlərini də nəzərə alanda regionun iki böyük dövlətinin Cavid Qurbanovun baş nazirliyə namizəd olmasını gerçəkləşdirə bilər. Belə üstünlüklərə Azərbaycan hökumətində heç kim malik deyil. Bütün bunlar Cavid Qurbanovun baş nazirliyə əsas namizəd olması ilə bağlı fikirlərin əsassız olmadığını göstərir

Cavid Qurbanovun özünün də ən çətin vəziyyətlərdən çıxmaq bacarığını nəzərə alanda, baş dəmiryolçunun baş nazir ola biləcəyini tam aydınlığı ilə görünür. Qeyd edək ki, Cavid Qurbanov 1994-cü ildə eks prezident, Ulu Öndər Heydər Əliyevin fərmanı ilə işdən qovulanda çoxları onun həbs olunacağını gözləyirdi. Çünki, prezident Heydər Əliyevin 15 noyabr 1994-cü il tarixli 237 saylı fərmanında deyilirdi ki, "Cavid Qəmbər oğlu Qurbanov işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası "Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin.” Prezident sərəncamında qeyd olunan vəzifəsindən sui-istifadə etmə Cinayət Məcələsində o zaman ən ağır cinayətlərdən hesab olunurdu. Ancaq Cavid Qurbanov nəyinki həbs olunmadı, əksinə, az müddət sonra "Azərərzaqnəqliyyat” Birliyinin direktoru, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsinin rəisi, 1997-2001-ci illərdə "Azərdəmiryolservis” İstehsalat Birliyinin rəisi vəzifələrini tuta bildi. Daha sonra 2003-cü ildə "Yolnəqliyyatservis” Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi "Yolnəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri oldu. Bütün bu vəzifələrə Cavid Qurbanovun Ziya Məmmədovun himayəsində sahibləndiyi bu günə kimi dövriyyədədir. Ancaq Ziya Məmmədovun günəşi qüruba enəndə Cavid Qurbanovun ulduzu daha çox parladı və o, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin olundu.

Məlumatlı şəxs iddia edir ki, həmişə qaliblər sırasında yer almağı bacaran və prezidentin tam etimadını qazanan azsaylı şəxslərdən olan Cavid Qurbanovun baş nazir ola biləcəyi kimi söhbətlərə indi heç kim şübhə etmir və belə düşünürlər ki, baş dəmiryolçunun Respublikanın baş naziri olacağı gün uzaqda deyil. Onun nə qədər uğurlu baş nazir ola biləcəyini isə zaman göstərər.(sozcu.info) Cavid Qurbanov baş nazir olacaq?

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar