Xəbər lenti
Müsavat Partiyası mitinq keçirdi - "Yaşasın Respublika"
Müsavat Partiyası metronun "İnşaatçılar" stansiyasının yaxınlığında yerləşən "Məhsul" stadionunda "Yaşasın Respublika!" şüarı ilə mitinq keçirdib. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya bu il sentyabrın 26-da keçiriləcək referendumla bağlıdır. Mitinqdə iştirak edən müxbirimiz bildirir ki, aksiyaya sakit atmosferdə start verilib və tədbirin sonuna qədər heç bir problem yaşanmayıb.
Tədbirdə Müsavat Partiyasının və ona yaxın olan qurumların üzvləri, ictimai-siyasi xadimlər, ictimaiyyət nümayəndələri iştirak edib.
Müsavat Partiyasının başqanı Arif Hacılı və eks başqan İsa Qəmbər tribunaya birlikdə çıxıblar. Mitinq Azərbaycan Respublikasının himni ilə açıq elan edilib.
Mitinqin aparıcısı Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı olub. Çıxış edənlər xalqı referendurum səsverməsində "Yox" deməyə səsləyiblər.
Müsavat Partiyasının eks başqanı İsa Qəmbər, keçmiş siyasi məhbus Yadigar Sadıqlı, vəkil Osman Kazımov və D18 hərəkatının lideri Ruslan İzzətli mitinqdə çıxış ediblər.
Müsavat Partiyasının başqanı Arif Hacılı çıxışında ilk olaraq bütün maneələrə baxmayaraq mitinqə gələnlərə təşəkkür edib. A. Hacılı ölkədəki ictimai-siyasi vəziyyətdən, iqtisadi böhrandan danışıb və mövcud hakimiyyəti sərt tənqid edib. Müsavat başqanı həbsdə olan siyasi məhbuslardan da bəhs edib.
Mitinq qətnamə oxunaraq başladığı kimi sakit şəkildə başa çatıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar