Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Putinin azad etdiyi şəxslər geri qayıda bilərlər, ancaq..."

Tarix: 27-10-2017 08:15     Baxış: 5366 A- / A+
"Putinin azad etdiyi şəxslər geri qayıda bilərlər, ancaq..."


Krım Tatar Məclisinin liderləri Axtem Çiygöz və İlmi Umerov istəsələr, Krıma qayıda bilərlər, ancaq qanunlara tabe olmaq məcburiyyətindədirlər.

Manevr.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Dövlət Dumasının millət vəkili Ruslan Balbek çıxış edib.

"Çiygöz və Umerov dövlət liderinin azad etdiyi şəxslər kimi Krıma qayıda bilərlər. Bununla bərabər şikayət ərizələrini geri götürmələri cinayətlərini qəbul etdiklərini göstərir. Çiygöz və Umerov Krımda qanunlara riayət edən adi vətəndaşlar kimi yaşaya bilərlər. Həmçinin bildiyimə görə, Çiygöz Baxçasaray rayonunda Rusiya pasportunu alan ilk şəxslərdən biridir. Bu azadlıq döyüşçülərini bir nəfərin iki dəfə eyni yerdən vurulmadığı barədə xəbərdar etmək istəyirəm. Əgər cəmiyyət əleyhinə fəaliyyətlərinə davam edərlərsə, ikinci amnistiya olmayacaq", - Balbek qeyd edib.

Qeyd edək ki, Çiygöz və Umerov dünən Krımda həbsdən azad edilərək, Türkiyəyə göndəriliblər. Onları Ərdoğanın xahişi ilə Putinin əfv etdiyi haqda Mustafa Cəmilov məlumat vermişdi. Poroşenko da dolayısı ilə bunu təsdiqləyib.

Ancaq Rusiya Dövlət Dumasının üzvü Ruslan Balbek Çiygöz və Umerovun Krım müftisi Əmirəli Ablayevin xahişi ilə əfv edildiyini açıqlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar