Xəbər lenti
"Mitinq biabırçı idi... " - YAP funksioneri
Əli Kərimli mitinqdə deyir ki, 1988-ci ildən Azadlıq meydanında soyuğun qarşısında mübarizə aparıblar. Ancaq həqiqət bundan ibarətdir ki, 1988-ci ildə Əli Kərimli Bakı Dövlət Universitetində komsomol komitəsinin katibi seçilmək üçün dəridən-qabıqdan çıxırdı. Onun Azadlıq meydanında nə işi vardı? İnsanları aldadan bu cür yalan və böhtan fikirlər səsləndirirlər. Tarixi heç kim saxtalaşdıra bilməz.
Manevr.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın bu gün keçirilən mitinqinə münasibət bildirərkən deyib.
S.Novruzov qeyd edib ki, ilk növbədə mitinq qanunun tələblərinə uyğun deyil:
“Çünki referendum dövründə anti-referendum təbliğatı aparmaq üçün Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmək lazımdır. Ancaq bunlar imza toplaya, qeydiyyatdan keçə bilməyiblər, ancaq referendum əleyhinə çıxışlar edirlər. "Sərbəst toplaşmaq azdlığı" haqqında qanunda da göstərilib ki, heç kim təhqir oluna bilməz, etnik-dini çağırışlar olmamalıdır. Ancaq hamı şahid oldu ki, mitinqdə bu cür çağırışlar oldu”.
Onun sözlərinə görə, mitinqə xalq yox, yalnız təşkilatçıların yaxınları toplaşıb:
“Bu gün bütün əhali Milli Şuranın biabrçı mitinqinin şahidi oldu. Orda jurnalistlər və polisləri çıxdıqda, 600-700 adam var ki, bunların da bəzilərinin qohum-əqrəbaları dini-ekstremist hərəkətlərlə bağlı həbs edilib. Digərləri isə mitinq təşkilatçılarının qohum-əqrəbalarıdır. Yerdə qalan insanlar mitinqə pulla gəlmişdi, özləri də bunu etiraf edirlər".
O, AXCP sədri Əli Kərimlini də ittiham edib:
“Əli Kərimli gah "nurçu" olur, gah demokrat olur, gah da başqa dini qüvvələrə xidmət edir. Onun və ətrafında olanların geyimindən də "nurçu" oluqları bilinir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar