Xəbər lenti
Artur Rasizadə qərar imzaladı
Baş nazir Artur Rasizadə "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” qərar imzalayıb.
Manevr.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının səlahiyyət müddətinin bitdiyi nəzərə alınaraq, onun yeni tərkibi təsdiqlənib.
Qərara əsasən Şuranın sədri Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Şuranın üzvləri Maliyyə Nazirliyi aparatının vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov, İqtisadiyyat Nazirliyi aparatının iqtisadi və sosial sahələrin inkişafı şöbəsinin müdiri Cəmaləddin Quliyev, Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarəti Baş İdarəsinin rəis müavini Fərid Cəbrayıl, Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin gömrük statistikasının təşkili və təhlili şöbəsinin rəisi Əzizağa Əhmədov, Mərkəzi Bankının Statistika Departamentinin direktoru Fəxri İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi üzrə şöbəsinin müdiri Çingiz Tağıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibinin müavini Faiq Səmədov, “Xəzər” Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı, Azərbaycan Dövlət İqtisad Universitetinin “Statistika” kafedrasının müdiri Sakit Yaqubov, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Allahyar Muradov, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) Baş direktorunun müavini Dağbəyi İsmayılov, “Bakı Universal Maşınqayırma” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Əşrəfağa Hacıverdiyev, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev təyin ediliblər.
Şuranın katibi Dövlət Statistika Komitəsi Aparatının statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Şahin Sadıqlı təyin olunub.Axar.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar