Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Avropa Şurasından çıxa bilər? - Rəsmi açıqlama

Tarix: 23-10-2017 14:21     Baxış: 5402 A- / A+
Azərbaycan Avropa Şurasından çıxa bilər?


“Bu gün dünya birliyinin ən çox ədalətə ehtiyacı var. Amma təəssüflər olsun ki, AŞ PA və digər belə qurumlar ədaləti kiçik geosiyasi maraqlara qurban verirlər”.


Manevr.az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov jurnalistlərə deyib. N.Məmmədov bildirib ki, ədalətin olmadığı yerdə isə Qərbin tez-tez bəhs etdiyi universal dəyərlərin heç bir yeri ola bilməz: “Ədalət yoxdursa, insan haqları, azadlıqları məsələlərindən məqsədli istifadə ediləcək, siyasi amil kimi ortaya qoyulacaq".

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan üzv olduğu beynəlxalq təşkilatların ədalətli olmasını istəyir: “Avropa Şurasının bir üzvünün ərazisinin bir hissəsini işğal altında saxlayan başqa bir dövlət də bu qurumun üzvüdür. Ancaq həmin işğalçıya - Ermənistana heç kim heç nə demir”.

N.Məmmədov qeyd edib ki, 21-ci əsrdə, insan intellektinin ən yüksək inkişaf etdiyi bir dövrdə dünyada, ölkələr arasında baş verən proseslər göz önündədir: "İraqda, Suriyada, Liviyada, Afrikanın onlarla dövlətində hər gün minlərlə insan həlak olur, amma bu barədə danışan yoxdur. Amma bu proseslər öz-özünə baş vermir. Belə olan halda isə təkcə bu proseslərin baş verdiyi dövlətlər əziyyət çəkmir. Təhlükə böyüyür və həmin böyük dövlətlər də son nəticədə bundan əziyyət çəkirlər. 20-ci əsrdə iki dünya müharibəsi olub, o müharibələri kiçik dövlətlər yaratmayıb, başlamayıb. Belə hallarda böyük dövlətlərin özləri üçün də ciddi təhlükələr yaranır. Əsas məsələ də budur".

N.Məmmədov Azərbaycanın Avropa Şurasından (AŞ) çıxıb-çıxmaması məsələsi haqqında da danışıb: "Söhbət ondan gedir ki, buna Azərbaycan qərar verə bilər. Azərbaycan isə səbrlidir və lazım bildiyi zaman öz maraqları çərçivəsində hər bir addımı ata bilər. Avropa Şurası Parlament Assambleyasında da, Avropada da heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir. Məsələ Azərbaycanın bu qurumdan çıxarılması formasında da qoyula bilməz".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar