Xəbər lenti
BMT İraq hökumətini kürdlərlə dialoqa çağırdı

BMT Təhlükəsizlik Şurası (TŞ) İraqın Kərkük vilayətində yaranan vəziyyətlə bağlı narahatlığını bildirib.
Publika.az TASS Agentliyinə istinadla xəbər verir ki, BMT TŞ mətbuata verdiyi bəyanatda tərəfləri fikir ayrılığını Konstitusiya yolu ilə həll etməyə çağırıb. Təhlükəsizlik Şurası İŞİD-ə qarşı mübarizədə səylərin davam etdirilməsinin vacibliyini bildirib, İraqda tərəflər arasında dialoqun qurulması üzrə BMT-nin səylərini dəstəkləyib.
Xatırladaq ki, bazar ertəsi İraqın Baş naziri, eyni zamanda İraq ordusunun ali baş komandanı Heydər əl-Abadi hərbçilərə Kərkük vilayətində təhlükəsizliyi və sabitliyi bərpa etmək tapşırığı vermişdi. Hazırda hökumət qüvvələri Kərkük şəhərinə (eyni adlı vilayətin inzibati mərkəzi) nəzarəti bərpa edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar