Xəbər lenti
Sərkisyan heç olmasa həmsədrlərdən utanaydı - PA rəsmisi
Serj Sərkisyanın planı nə onun, nə də ondan sonra gələnlərin vaxtında reallaşacaq.
Manevr.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Tvitter səhifəsində yazıb.
“Təəssüflər olsun ki, Serj Sərkisyan yenə öz ampluasındadır. O, adətinə uyğun olaraq danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır. Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa, həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir.
Lakin o bilir və unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq. Sərkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşacaq”, - PA rəsmisi qeyd edib.
N.Məmmədov qeyd edib ki, Sərkisyan nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq: “Sadəcə olaraq, deyəsən, onun məqsədi, Ermənistanda yaşayanları daim təşviş və zillət içərisində saxlamaqdır. Nə olar, qoy çalışsın”.
Qeyd edək ki, Sərkisyan ötən gün Cenevrədə İlham Əliyevlə keçirdiyi görüşdən dəqiqələr sonra erməni icmasına açıqlamasında deyib:
“Bizim üçün yeganə həll variantı Dağlıq Qarabağın Azərbaycandan kənarda olmasıdır. Heç vaxt heç bir erməni lider başqa cür qərar qəbul edə bilməz. Biz bunun üçün hər şeyi edəcəyik”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar