Sizin Reklam Burada
Xəbər lenti
13-05-2024
12-05-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirlərin görüşündə Aprel döyüşü - Sənəd imzalandı

Tarix: 17-10-2017 11:57     Baxış: 5377 A- / A+
Nazirlərin görüşündə Aprel döyüşü
Bu gün Tiflisdə Azərbaycan, Gürcüstan Türkiyə Silahlı Qüvvələrinin rəhbərlərinin üçtərəfli görüşü keçirilib.
Üçtərəfli görüşdə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Vladimer Çaçibaia və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar iştirak edirlər.

Görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik və bölgədə həyata keçirilən iqtisadi layihələrin birgə mühafizəsi və digər məsələlər müzakirə olunub.

Bildirilib ki, üçtərəfli əməkdaşlıq regionda təhlükəsizliyə töhfə olacaq. Regional layihələrin birgə mühafizəsi təkcə layihələrin təhlükəsizliyinə deyil, regionda sabitliyə, üç ölkə xalqının sosial rifah halının yaxşılaşmasına və inkişafa təkan verəcək.

İclasda Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün bərpası, Türkiyədə və dünyada baş verən proseslər diqqət mərkəzində olub. Tərəflər Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiklərini, Dağlıq Qarabağ və Cənubi Osetiya problemlərinin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər.

Sonda əməkdaşlıq üzrə birgə protokol imzalanıb.

Görüşdə Azərbaycan nümayəndə heyəti təqdimat keçirib.

Təqdimatda ötən ilin aprel ayında təmas xəttində baş vermiş gərginlik, Ermənistan tərəfinin təxribatları və Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar, regional neft və qaz layihələri, Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfə və digər məsələlər diqqətə çatdırılıb.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar