Xəbər lenti
"Milli Şuranın mitinq keçirməsi hakimiyyətə xidmətdir" : Rəsul Quliyev

Eks-spiker Milli Şuranın mitinq keçirməini hakimiyyətə xidmət sərt tənqid etdi...
Amerikada mühacir həyatı yaşayan sabiq spiker Rəsul Quliyev Milli Şuranın oktyabrın 7-də keçirdiyi mitinqlə bağlı öz feysbuq səhifəsində status paylaşıb. Eks-spiker bu mitinqi birbaşa hakimiyyətə xidmət etmək kimi qələmə verib.
R.Quliyev yazır: "AXCP-nin Milli Şurasının növbəti mitinqi başa çatdı.
Mitinqin təşkilatçıları sifarişlə və ya anlamadıqlarına görə hökumətin ''sifarişini'' təntənəli yerinə yetirdilər. Birinci mitinqdən sonra prezident BMT-dakı çıxışında Azərbaycanın az qala dünyanın bir nömrəli demokratik ölkə olduğunu elan etdi. Və əsas kimi müxalifətə istədiyi vaxt şəhərin mərkəzində mitinq keçirmək üçün icazə verildiyi qeyd olundu. Bu mitinqdən sonra ABŞ Konqresinin Azərbaycana qarşı sanksiya sənədi, beynəlxalq hüquq müdafiə təşkilatlarının yazdıqları hesabatlardan da zəif sənədə çevrildi. Müzakirə proyektində Azərbaycanın necə ABŞ-ın strateji portnyoru olduğu qeyd olunur və faktiki insan haqlarına diqqəti artırmaq xahiş olunur.
Strasburqda Avropa Şurası Parlamentinin Azərbaycanda insan haqları məsələsini müzakirə edəcəyi ərəfədə keçən dəfəkindən daha da zəifləmiş bir mitinq keçirmək müzakirələrin kəskinliyinin azalacağına xidmət edəcək".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar