Xəbər lenti
Bakıya qarşı çirkin kampaniyanın fəsadları…
Avropa Birliyinə daxil olan ölkələrin bir qrup səfirinin Azərbaycana gəlişi ümumilikdə ölkəmizə verilən böyük əhəmiyyətdən irəli gəlir.
Bunu Axar.az-a Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə keçirdiyi görüşləri şərh edən millət vəkili Aydın Mirzəzadə deyib. O vurğulayıb ki, Azərbaycan özünün müstəqil daxili, xarici siyasəti ilə həm iqtisadiyyatının güclənməsini, həm də beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olub:
“Azərbaycanda demokratiya, azad mətbuat, insan hüquqlarının qorunması əsas prioritet istiqamətlər olaraq götürülüb. Bu gün Azərbaycanın beynəlxalq aləmdə gedən proseslərlə bağlı konstruktiv mövqeyi ortadadır. Bu baxımdan Avropa Birliyi ilə Azərbaycan arasında hərtərəfli əlaqələrin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Ölkə başçısının çıxışı bir növ Azərbaycanın Avropa Birliyi qarşısında çıxışı yaxşı mənada prezentasiyadır. Ərazilərmizin Ermənistan tərəfindən işğalına baxmayaraq, Azərbaycan bu gün dövlətçiliyin bütün istiqamətlərində böyük uğurlar qazanıb, eyni zamanda, Avropa enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır, mühüm regional layihələrin təşəbbüskarıdır. Bakının irəli sürdüyü təşəbbüslər Avropa dövlətləri tərəfindən dəstəklənir. Beynəlxalq aləmdə gedən proseslərdə Azərbaycan inkişafa aparan bütün meylləri daim müdafiə edir. Bununla belə, Azərbaycan beynəlxalq təşkilatlardan özünə qarşı diqqət, onun ağrılı probleminin həllinə dəstək gözləyir, ikili standartlara son verilməsini tələb edir. Çox təəssüf ki, bu baş vermir, məsələ sadəcə olaraq tərəflərin diplomatik danışıqlar aparmasıyla bitir”.
Millət vəkili qeyd edib ki, Avropa Şurasının rəhbəri Yaqlandın Azərbaycana qarşı aqressiv mövqeyi ölkəmizlə təşkilat arasında münsibətlərin pozitiv ruhuna ziddir:
“Azərbaycan müstəqil şəkildə öz problemlərini həll edə bilir. Ölkəmizə qarşı çirkli kampaniyanın aparılmasının fəsadlarını ilk növbədə bunun təşkilatçıları hiss edəcəklər. Prezidentin avropalı səfirlərlə görüşü təkcə Avropa Birliyi ilə Azərbaycan arasında yeni əlaqələrin qurulmasına həsr edilməmişdi. Hesab edirəm ki, Azərbaycana təşrif buyuran 20 səfir eyni zamanda, öz ölkəsinin Azərbaycanla əlaqələrinin qurulumasında maraqlı idi. Ölkə başçısının Şərq tərəfdaşlığı proqramına üzv olan dövlətlərin bu ilin oktyabrında Brüsseldə keçirilən sammitində iştirak etməsini təsdiqləməsi Azərbaycanın bu əlaqələrə yüksək önəm verdiyini göstərir.
Cənab prezident məsələni bu şəkildə qoyur ki, Avropa Birliyi ilə proqrama üzv ölkələr arasında fərdi fəaliyyət proqramı tutulmalı və fərdi müqavilələr imzalanmalıdır. Bu isə birbaşa hər bir ölkənin spesifikliyinin qorunub saxlanılmasına xidmət edir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan öz milli maraqlarını qoruyub saxlayır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar