Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan-Avropa münasibətləri: “İlham Əliyevlə açıq dialoq onu göstərir ki...” – Politoloq

Tarix: 05-10-2017 19:14     Baxış: 5484 A- / A+
Azərbaycan-Avropa münasibətləri: “İlham Əliyevlə açıq dialoq onu göstərir ki...” – Politoloq



Avropa İttifaqı (Aİ) nümayəndələrinin Bakıya səfəri ikitərəfli münasibətlərin normallaşdırılmasına cəhd kimi qiymətləndirilir.

Yenicag.az xəbər verir ki, prezident İlham Əliyevlə Avropa İttifaqı (Aİ) Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivensin görüşündə qarşılıqlı münasibətlərin müxtəlif istiqamətləri üzrə açıq müzakirələr aparılıb.

Məlumata görə, danışıqlarda Qarabağ münaqişəsi, enerji təhlükəsizliyi, Aİ-Azərbaycan münasibətlərinin mövcud vəziyyəti və perspektivi ətraflı dəyərləndirilib.

Prezident Əliyev Azərbaycana qarşı Qərbdə yenidən vüsət alan kampaniyanın qərəzli xarakter daşıdığını Stivensin diqqətinə çatdıraraq, bu tendensiyanın ikitərəfli əlaqələrə mənfi təsir göstərdiyini vurğulayıb.

Dövlət başçısı bildirib ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün imkanlar olduğu halda, Azərbaycana yönələn qərəzli yanaşmalar yolverilməzdir.

Bununla belə, Stivens qeyd edib ki, prezident Əliyevin Brüsselə səfərindən sonra Azərbaycan-Aİ münasibətlərində inkişaf müşahidə olunmaqdadır. Aİ təmsilçisi ikitərəfli anlaşma üzərində gedən işlərin tezliklə yekunlaşacağına ümid etdiyini vurğulayıb.

Sözügedən görüşə verilən ilkin qiymətləndirmələrdən də görünür ki, Stivensin Bakıya səfəri və aparılan müzakirələr istər Azərbaycanın, istərsə də Aİ-nin münasibətlərin inkişafında maraqlı olduqlarını təsdiqləyir.

Bu barədə Yenicag.az-a danışan politoloq Elxan Şahinoğlunun fikrincə, Bakıda aparılan danışıqlar münasibətlərə aydınlıq gətirilməsi və müəyyən anlaşılmazlıqların aradan qaldırılması baxımından, çox əhəmiyyətlidir:

“Həqiqətən də, prezident Əliyevlə Valter Stivensin görüşündə müxtəlif məsələlərlə bağlı kifayət qədər açıq müzakirələr getdi. Qarabağ münaqişəsi, enerji təhlükəsizliyi və digər mövzularda dolğun dialoqun şahidi olduq.

Azərbaycan-Avropa münasibətləri: “İlham Əliyevlə açıq dialoq onu göstərir ki...” – Politoloq

Dövlət başçısı qeyd olunan bu məsələlər barəsində Azərbaycanın mövqeyini Stivensin diqqətinə çatdırdı və o da öz növbəsində Aİ-nin yanaşması haqqında məlumat verdi.

Mənim diqqətimi çəkən əsas məqam prezidentin Qarabağ münaqişəsi ilə bağlı dedikləri oldu. Bildirildi ki, Ermənistan danışıqlardan yenə də yayınaraq, status-kvonun dəyişməməsinə çalışır və bu da müharibə riskini artırır.
Doğrudur, Əliyev müharibə ifadəsini işlətmədi, ancaq onun ritorikası Ermənistanın bu mövqeyinin müharibəyə yenidən yol açdığına işarə vurdu.

Digər mövzular, o cümlədən, enerji təhlükəsizliyi və siyası məsələlər ətrafında aparılan müzakirələr də göstərdi ki, tərəflər əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdırlar.

Hər halda, Stivensin səfəri Azərbaycanın Avropa İttifaqına, Avropa İttifaqının da Azərbaycana lazım olduğunu əyani şəkildə təsdiqləyir.

Prezident Əliyevin gələn ay Brüsseldə baş tutacaq “Şərq tərəfdaşlığı” sammitində iştirak niyyətini bildirməsi də münasibətlərin perspektivi baxımından mühüm məqamdır.

Ona görə də hesab edirəm ki, Azərbaycan-Aİ münasibətlərinin növbəti mərhələsi münasibətlərin daha da genişləndirilməsi ilə əlamətdar olacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar