Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Şahbaz Quliyevin səhhəti ilə bağlı məsələ diqqətimizdədir” - Ombudsman

Tarix: 03-10-2017 17:12     Baxış: 3386 A- / A+
“Şahbaz Quliyevin səhhəti ilə bağlı məsələ diqqətimizdədir”


“Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin səhhətinin ağırlaşması ilə bağlı KİV-də yayılan xəbərlərdən məlumatlıyıq”

Bunu Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib. Ombudsman qeyd edib ki, Şahbaz Quliyevlə bağlı məsələ araşdırılacaq.

“Şahbaz Quliyevin səhhətinin ağırlaşması ilə bağlı məsələ diqqətimizdədir. Məlumatın nə dərəcədə dəqiq olduğunu bilmək üçün araşdırma aparacağıq. Əgər məlumat doğru olarsa, tərəfimizdən müvafiq addımlar atılacaq”.

Ombudsman Kəlbəcər girovlarının ailələri ilə bir neçə dəfə görüşdüyünü deyib:
“Şahbaz Quliyevin ailəsinin narahatlığını başa düşürəm”.

Girovun qardaşı İlham Quliyevin sözlərinə görə, Ş.Quliyevin səhhətində ciddi problemlər var, o, bir aydan çoxdur İrəvan xəstəxanasında müalicə alır.

Xatırladaq ki, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib.

Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə “azadlıqdan məhrum” edib. Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb.azvision.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar