Xəbər lenti
Azərbaycandan hansısa güzəştlər tələb olunur ... - Politoloq
Dağlıq Qarabağ məsələsi ilə bağlı kiçik də olsa ümidverici rəylər var, ancaq nədənsə hərəkətlilik nəzərə çarpmır.
Bunu axar.az-a xarici işlər nazirlərinin BMT görüşündən sonra həmsədrlərin cəlbedici təkliflərinin olması, hətta bu təkliflərin prezidentlərin görüşünü zəruri edə biləcəyi ilə bağlı yayılan fikirlərə münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, hələ həmsədrlər regiona səfər etmədiyindən sözügedən müsbət məqamların nədən ibarət olduğu qeyri-müəyyəndir:
“Çünki mətbuat üçün heç bir açıqlama verilməyib. Ancaq hər halda Azəbaycan xarici işlər naziri bu məsələdə müəyyən qədər nikbin görünürdü. Nazir son görüşdə də bir daha vurğuladı ki, Azərbaycan öz torpaqlarından bir qarış belə güzəştə getməyəcək. Görünür, həmsədrlərin hazırladığı yeni təkliflərdə yenə kompromislərdən söhbət gedir və Azərbaycanın da hansısa güzəştlərə getməsi tələb olunur. Çox mürəkkəb bir vəziyyət yaranıb. Son zamanlar ABŞ-ın mövqeyində müəyyən qədər çəkingənlik nümayiş etdirməsi və Minsk Qrupunundakı həmsədrini geri çəkərək oraya dövlət katibinin Avropa və Asiya üzrə köməkçisinin müavinini təyin etmək istəməsi anlaşılan deyil. Bu cür ciddi bir məsələyə Vaşinqtonun belə münasibəti heç bir məntiqə sığmır. Bu baxımdan məsələnin tənzimlənməsi istiqamətində ortaq bir fikrə gəlmək hələ ki, mümkün deyil.
Üstəlik, Rusiya da susqunluq nümayiş etdirir. Minsk Qrupunun həmsədrləri fəal olsa da, həmsədr ölkələrdən elə bir ciddi münasibət görünmür. Bundan başqa, bəzi subyektiv məsələlər də var ki, danışıqlar prosesinə əngəl törədir. Bir sözlə, Dağlıq Qarabağ məsələsi ilə bağlı kiçik də olsa ümidverici rəylər var, ancaq nədənsə hərəkətlilik nəzərə çarpmır. Ona görə də qəti və aydın fikir bildirmək çox çətindir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar